MƏDƏNİYYƏT


Gənclər Kitabxanasında azyaşlı oxucuların inkişafına töhfə

Bakı, 30 yanvar, AZƏRTAC

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında gənc yazar Zinyət Samirin “Tomtomi” kitabının təqdimatı keçirilib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirdə Respublika Gənclər Kitabxanasının direktoru Aslan Cəfərov çıxış edərək, kitabın azyaşlı oxuculara rəsm çəkməyin əsaslarını öyrətməklə yanaşı, həyatda onların dürüst, təmkinli, savadlı, vətənpərvər bir insan kimi yetişmələrinə yardımçı olacağını qeyd edib.

O, nəşrin balaca oxucuların inkişafı üçün əsl töhfə olacağını qeyd edib.

Müəllif Zinyət Samir oxucularla sayca ikinci dəfə görüşdüyünü söyləyib. O, kitabda bəhs edilən qəhrəmanının Azərbaycanın Xalq rəssamı Əşrəf Heybətov olduğunu bildirib.

Müəllif iki hissədən ibarət bu kitabda birinci hissənin üçgünlük dərslərdən, ikinci hissənin isə şagirdlərin qısa hekayələr yazmağından bəhs etdiyini söyləyib. Kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür edən yazar, təqdimatın bu gün məhz mədəniyyət və mütaliə ocağı olan kitabxanada keçirilməsindən məmnunluq hissi duyduğunu söyləyib.

Tədbirdə iştirak edən Xalq rəssamı Əşrəf Heybətov “Tomtomi” kitabını “mehriban və parlaq hekayə” adlandıraraq, gənc yazıçının yaradıcılığını yüksək qiymətləndirib və ona gələcək işlərində uğurlar arzulayıb.

Sonda müəllif Zinyət Samir kitabxanaya və tədbir iştirakçılarına imzalı kitablarını hədiyyə edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.