CƏMİYYƏT


Gənclər Təşkilatları Milli Şurasının XV Hesabat-Seçki Qurultayı keçirilib

Bakı, 20 iyul, AZƏRTAC

İyulun 20-də Bakı Konqres Mərkəzində ölkənin ən böyük gənclər platforması olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının XV Hesabat-Seçki Qurultayı keçirilib.

AZƏRTAC xəbər verir ki, qurultayda dövlət və hökumət rəsmiləri, beynəlxalq və yerli qurumların nümayəndələri, Milli Şuranın üzvü olan gənclər təşkilatlarının rəhbərləri və səlahiyyətli nümayəndələri iştirak ediblər.

Hesabat-Seçki Qurultayında Şuranın sədri Seymur Hüseynov çıxış edərək deyib ki, 1995-ci ildə 11 gənclər təşkilatı tərəfindən təsis edilən Milli Şura hər zaman fəaliyyətini dövlət müstəqilliyinin möhkəmlənməsinə, beynəlxalq aləmdə layiqli yer tutmasına və demokratik dövlət quruculuğuna yönəldib.

Qurultayda qurumun 2016-2018-ci illər üzrə fəaliyyətinin hesabatı təqdim olunub.

Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Yusuf Məmmədəliyev tədbirdə çıxış edərək bildirib ki, ölkəmizin inkişafını gənclərsiz təsəvvür etmək mümkün deyil. Prezident İlham Əliyev gənclər siyasətinə xüsusi diqqət ayırır və bu siyasət nəticəsində Gənclər Təşkilatları Milli Şurası gəncləri fəal vətəndaş mövqeyindən çıxış etməyə təşviq etməlidir.

Yusuf Məmmədəliyev Gənclər Təşkilatları Milli Şurasının son iki ildə bir çox uğurlara imza atdığını bildirib. O, Milli Şuranın bir sıra mühüm dövlət proqramlarının icrasında iştirak etdiyini vurğulayıb. Qeyd edib ki, gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında fəal iştirak edir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib ki, Gənclər Təşkilatları Milli Şurasının uğurları sevindiricidir. O vurğulayıb ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətini bu gün Prezident İlham Əliyev uğurla davam etdirir. Gənclər siyasətinə dair bir sıra proqramlar qəbul edilib. Bu gün daha çox imkanlarımız var, gənclər üçün daha çox şərait yaradılır. Çox yaxşıdır ki, Milli Şura bu imkanlardan istifadə edə bilir.

Milli Məclisin gənclər və idman komitəsinin sədri Ülvi Quliyev isə diqqətə çatdırıb ki, parlamentin payız sessiyasında gənclərlə bağlı qanunvericiliyə dəyişikliklər nəzərdə tutulur.

Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov da gənclərin cəmiyyətdəki rolundan danışıb.

Qurultayda Şuraya sədr, sədr müavinləri, Mərkəzi Nəzarət-Təftiş Komissiyasının və İdarə Heyətinin üzvləri seçilib.

Məryəm Məcidova növbəti iki il müddətinə Gənclər Təşkilatları Milli Şurasının sədri seçilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.