“Grand Chess Tour 2019”: Şəhriyar Məmmədyarov rapid yarışlarını 8-ci pillədə başa vurub
Bakı, 29 iyul, AZƏRTAC
İyulun 29-da Parisdə "Grand Chess Tour 2019" seriyasının üçüncü mərhələsinin rapid yarışlarının son üç turu keçirilib.
AZƏRTAC xəbər verir ki, ölkəmizi nüfuzlu turnirdə təmsil edən Şəhriyar Məmmədyarov yeddinci turda hindistanlı Vişvanatan Ananda qalib gəlsə də, sonrakı iki turda amerikalı Fabiano Karuana və rusiyalı Daniil Dubova məğlub olub. İdmançımız 7 xalla səkkizinci mövqeni tutub.
Turnir cədvəlində ilk pillədə 13 xalla fransalı Maksim Vaşe-Laqrav qərarlaşıb. Yarış iştirakçıları "Grand Chess Tour 2019" seriyasının üçüncü mərhələsi çərçivəsində iyulun 31-dən avqustun 2-dək blitz turnirində mübarizə aparacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [20:49]
Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib
- 10.10.2026 [20:34]
Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim
- 10.10.2026 [19:28]
Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir
- 10.10.2026 [19:05]
Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik
- 10.10.2026 [18:57]
Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO
- 10.10.2026 [18:53]
Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb
- 10.10.2026 [18:46]