SİYASƏT


Gürcüstanın Baş naziri Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib

Tbilisi, 21 mart, AZƏRTAC

Gürcüstanın Baş naziri Mamuka Baxtadze Azərbaycan xalqını və bu ölkədə yaşayan soydaşlarımızı Novruz bayramı münasibətilə təbrik edib.

AZƏRTAC xəbər verir ki, hökumət başçısı azərbaycanlılara cansağlığı və xoşbəxtlik arzulayıb.

Baş nazir deyib: “Biz Gürcüstanda yaşayırıq və ölkəmiz qardaşlıq və birgə yaşayışla bağlı qədim tarixə malikdir. Gürcüstanın gücü hər zaman onun müxtəlifliyində olub. Biz Gürcüstanın övladları olaraq ümumi vətənimiz üçün birgə çalışmışıq. Bu böyük sevgi və qardaşlıq ənənələri gələcək nəsillərə ötürülməlidir. Şadam ki, Azərbaycandan gələn dostlarımız da bayram şənliyində iştirak edirlər. Mən Azərbaycandakı bacı və qardaşlarımızı da Novruz bayramı münasibətilə təbrik edir, onlara ən xoş arzularımı çatdırıram”.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.