Litva Hərbi Akademiyasının nümayəndə heyəti Bakıdadır
Bakı, 11 may, AZƏRTAC
Azərbaycan Müdafiə Nazirliyi ilə Litva Milli Müdafiə Nazirliyi arasında imzalanmış 2026-cı il üçün ikitərəfli hərbi əməkdaşlıq Planı”na əsasən, Litva Hərbi Akademiyasının nümayəndə heyəti ölkəmizdə səfərdədir.
Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunda keçirilən görüşdə təhsil prosesində beynəlxalq əməkdaşlığın və təcrübə mübadiləsinin vacibliyi vurğulanıb, həmçinin qarşılıqlı maraq doğuran məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Daha sonra qonaqlara təhsil ocağının tarixi, fəaliyyət istiqaməti, tədris prosesində tətbiq edilən yeniliklər və digər məsələlər haqqında brifinq təqdim edilib, onları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, mayın 15-dək ölkəmizdə səfərdə olacaq litva nümayəndə heyətinin Quru Qoşunlarının hərbi hissəsinə ziyarəti, Laçın, Xankəndi və Şuşa şəhərlərinə, eləcə də, paytaxta mədəni gəzinti proqramı planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [19:03]
Milli Məclisin komissiyası CNN-in informasiya təxribatına dair bəyanat yayıb
- 05.06.2026 [17:19]
Rusiya XİN Azov dənizində gəmilərə hücumlarla bağlı bəyanat verib
- 05.06.2026 [16:50]
Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvləri TBMM-də olub
- 05.06.2026 [15:34]
Ukraynada yaşayan azərbaycanlıların problemləri Ali Radada qaldırılıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [21:56]
“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib
- 05.06.2026 [21:42]