Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hafiz Paşayev: Ölkəmizin yeni hekayələrini müasir dünyaya çatdıracaq kommunikasiya mütəxəssislərinə ehtiyacımız var

Hafiz Paşayev: Ölkəmizin yeni hekayələrini müasir dünyaya çatdıracaq kommunikasiya mütəxəssislərinə ehtiyacımız var

Bakı, 21 iyul, AZƏRTAC

ADA Universitetinin kommunikasiya və rəqəmsal media ixtisasının tələbəsi Fidan Namazova rektor Hafiz Paşayevdən müsahibə alıb. AZƏRTAC müsahibəni təqdim edir.

-Hafiz müəllim, ADA Universiteti ilk dəfə olaraq Milli Mətbuat Gününü özünün kommunikasiya və rəqəmsal media ixtisası ilə qeyd edir. Yeni ixtisası açmaqla Siz, bu sahəyə hansı dəyişiklikləri gətirmək istəyirdiniz?

-Doğru qeyd edirsiniz. Bizim ötən tədris ilində başladığımız kommunikasiya və rəqəmsal media ixtisası üzrə ilk tələbələrimiz təhsil ilini bitirib ikinci kursa keçirlər. İlk qrupumuz 40 yerli və dörd əcnəbi tələbədən ibarət idi. Bu il ixtisasa qəbul davam edir. Xüsusilə, xaricdən müraciətlər ADA-dakı kommunikasiya ixtisasına marağın artdığını göstərir. Mənə elə gəlir ki, bu sahəyə maraq həm də Azərbaycanın özünün beynəlxalq səhnədə dəyişən rolu ilə bağlıdır. Kommunikasiya və media ilə maraqlananlar ən başlıcası maraqlı məzmun axtarışındadılar. Bu gün Azərbaycanın dünyaya təqdim edə biləcəyi məzmun surətlə zənginləşir və şaxələnir. Universitetimizdə artıq ənənə halını alan “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda illik beynəlxalq forumda çıxışında Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan Qafqazda yeni eranı-sülh və əməkdaşlıq erasını fəal şəkildə təşviq edir. Ölkəmizin bu yeni hekayələrini müasir dünyaya anlaşılan dildə çatdıracaq yeni kommunikasiya mütəxəssislərinə ehtiyacımız var.

-Yeni dövrün jurnalistlərini necə görürsünüz?

-Son illərin rəqəmsal texnologiyalar inqilabı jurnalistlər üçün geniş imkanlar açdı. Onların araşdırma, ictimai vəkillik, maarifləndirmə missiyaları qlobal vüsət aldı. Lakin bu prosesdə onların rəqabəti də artdı. Sosial media hər bir istifadəçiyə öz həqiqətini deməyə, rəyini bölüşməyə imkan yaratdı. Beləliklə, media mühitində subyektivlik artdı. Mən medianı izləyərkən, hətta jurnalistlərin özünün də bu subyektivliyə məruz qaldığının şahidi oluram. İnformasiya bolluğunda yaşasaq belə, obyektivliyi qorumaq, faktları yoxlamaq, qərəzsiz materiallar hazırlamaq çox vacibdir. Əks təqdirdə, ictimaiyyət mediadan lazımı fayda ala bilməz. Burada, həmçinin işıqlandırılacaq mövzuların seçimini nəzərə almaq lazımdır. Mən Azərbaycanın ABŞ-dakı səfiri olanda hər səhərimi “Vaşinqton Post”u vərəqləməklə başlayırdım. Çünki nəinki öz ölkəmdə, bütün dünyada baş verənlər barədə operativ və qərəzsiz məlumat almalı, bunu düzgün şəkildə təhlil edib qərarlar çıxarmalı idim. Bu günlərdə, media gündəmini nəzərdən keçirmək insanları aqressivdən tutmuş depressivə qədər müxtəlif emosional hala salır. İşıqlandırılan mövzularda axtardığımız həll yollarını mühakimələr əvəzləyib. Halbuki jurnalistlər məsələləri aydınlatmalı, səbəblərini izah etməli, ictimaiyyətin gözləntilərinə cavab verməlidilər. Lakin onlayn media dövründə məlumat bolluğu çox vaxt materialların səthi və natamam hazırlanmasına gətirib çıxarır. Ümid edirəm, ADA-nın yetirmələri jurnalistikanın və medianın əsl missiyasına sadiq qalacaqlar.

-Bu sahəni yaxşı tədris etmək üçün ADA-da kifayət qədər potensial varmı?

-Hesab edirəm ki, biz, son 16 ildə tədrisdə öz sözümüzü demişik. ADA Universiteti təsis olunduğu gündən iş bazarını yaxından izləyərək Azərbaycanın ehtiyac duyduğu insan resursunu yetişdirməyə çalışır. Müəllimlər və jurnalistlər arasında oxşarlıqlar çoxdur. Onların hər ikisi auditoriyası ilə səmərəli şəkildə ünsiyyət qurmalı, bitərəf qalaraq auditoriyasını müzakirə olunan məsələlərdə maraqlandırmalı, mürəkkəb mövzuları anlaşılan dildə izah etməlidir. Araşdırılan məsələlərdə boşluq aşkar etdikdə, onu tədqiq etməli, çıxış yolu tapmalıdırlar. Bütün bunları bacarmaq üçün isə əvvəlcə auditoriyanı yaxşı başa düşməli, onların maraqlarını qorumalı və onlara xoş niyyətlə yanaşmalıdırlar. Əlbəttə, hətta sinif otağında bütün tələbələr eyni olmur. Aralarında həvəssiz, şuluq, məsuliyyətsizləri də var. Amma müəllimin işi onların hamısını səbirlə maarifləndirmək, həyatda lazım olacaq bilik və bacarıqları öyrətməkdir. Medianın da işi ictimaiyyətin maraqlarından irəli gələrək onlara mütərəqqi istiqamətdə bələdçilik etməkdir. ADA Universitetinin müəllim potensialı hazırda on iki bakalavr və səkkiz magistr ixtisası üzrə yüksək səviyyədə təhsil verməyə imkan yaradır. Ali dərəcələrlə yanaşı, Universitetin İnkişaf və Diplomatiya İnstitutu müxtəlif sahələrdə ixtisasartırma proqramları həyata keçirir. Media sahəsi onlardan biridir. Prezident İlham Əliyevin ölkədə media sahəsində islahatlara dəstək məqsədilə ötən il yaratdığı Medianın İnkişafı Agentliyi fəaliyyətini qurarkən ADA Universitetini ilk gündən akademik tərəfdaş kimi seçib. Tədris mərkəzimizdə media, ictimaiyyətlə əlaqələr mövzusunda çoxsaylı təlimlər və konfranslar keçirilir. Düşünürəm ki, bu proses tədricən ölkədə media sahəsinə yeni sağlam meyillər gətirəcək.

-ADA tələbələriniin əksəriyyəti gənc nəslə aiddir. Bu nəsil haqqında nə düşünürsünüz və onlardan gözləntiləriniz nədir?

-Hamının gənc nəsildən gözlədiyi kimi, mən də, onları savadlı və gələcək həyata hazırlıqlı görmək istərdim. Məqsədlərində və bu məqsədlərə necə çatacaqlarında aydın olsunlar. İlk növbədə, bağlı olduqları torpağa, ailələrinə layiq olsunlar. Xüsusilə də, müstəqilliyimizin möhkəmlənməsi naminə daim çalışsınlar. Unutmasınlar ki, onlardan əvvəl gələn nəsillər bu müstəqilliyi əldə etmək üçün çoxsaylı qurbanlar veriblər. Hətta onların aid olduğu nəsil topaqlarımızın azad edilməsində həlledici rol oynayıb. Universitetimizdə elə təhsil alsınlar ki, həmyaşıdlarının həyatlarını qurban verərək qurduqları Azərbaycana dayaq olsunlar, daxilən zəngin həyat yaşasınlar və bu zənginliyi bütün cəmiyyətimizlə bölüşsünlər. Hərdən, mən zahirən dırnaqarası müasir görünmək istəyən gənclərimizə rast gəlirəm. Məsələn, dərilərində döymə vuran cavanlara. Əvvəlki nəsillərdə bu dəb həbsxanada olanlara məxsus idi. Onlar da, həbsxanadan çıxandan sonra döydürdükləri yazıları silməyə tələsirdilər, çünki keçmişləri ilə assosiasiya olmaq istəmirdilər. İnsanın gözəlliyi onun təbiiliyindədir. Təbiətin bəxş etdiyi özlüyündə ən böyük hədiyyədir. Ona süni müdaxilələrin tərəfdarı deyiləm, çünki bizim ən böyük və cəlbedici sərvətimiz daxili dünyamızda toplanmalıdır. Yaşa dolduqca, bütün zahiri müdaxilələr solub gedəcək, daxili dünyanız isə günü-gündən zənginləşəcək.

-Müsahibə üçün təşəkkür edirəm, Hafiz müəllim.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Prezidenti: Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır

Soydaşımız Qazaxıstan Xalq Şurasının tərkibinə daxil edilib

Prezident İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxunub

“Araz-Naxçıvan”ın futzal üzrə Çempionlar Liqasındakı oyunlarının təqvimi açıqlanıb

Natiq Səfərov: Hər bir əsərin bərpası özünəməxsus yanaşma tələb edir

Prezident: Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür

Formula 1 eksperti: Bakı şəhər trası səhvləri bağışlamır

Prezident İlham Əliyev: Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir

Prezident İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib YENİLƏNİB VİDEO

Ədliyyə naziri: Manisadakı hadisəni törədən gənclə birlikdə onun valideynləri də saxlanılıblar

Xan Şuşinski Fondunun prezidenti: Musiqinin ən böyük gücü onun sərhəd tanımamasındadır

Norveçli tanınmış atlet dağdan yıxılaraq həlak olub

IV Bakı Təhlükəsizlik Forumu işə başlayıb

“Sumqayıt” basketbol klubunun məşqçilər heyəti müəyyənləşib

Böyük Qayıdış: Daha 35 ailə Xankəndi, Xocalı və Ağdərəyə qayıdıb

BDU tələbələrinə bir sıra fənlər “SABAH.city”də tədris olunacaq

Kadir Uğur Yılmaz: TDT-nin enerji və nəqliyyat sahəsində əməkdaşlığı strateji əhəmiyyət daşıyır

Tibb müəssisəsində qanunvericiliyin tələblərinin pozulması faktları ilə bağlı inzibati tədbirlər görülüb

Şükürbəylidə daha 24 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

"Turan Tovuz" - "Fənərbağça" oyununa 1 saat ərzində 6 minə yaxın bilet satılıb

Bitkiçilik məhsullarının ixracı davam etdirilir

® “Express Experience” Yay Təcrübə Proqramı – Uğurla başa çatıb

® “Azercell“ə layihə təklifi göndərmək üçün son 8 gün

Azərbaycandan Tunisə xam neft ixracının dəyəri 2,6 dəfə artıb – QRAFİK

Beynəlxalq Musiqi Festivalı çərçivəsində "Leyli və Məcnun" tamaşası nümayiş olunub

Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib VİDEO

Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib VİDEO

“4Sİ Akademiyası” tərəfdaşları ilə gələcəyin əmək bazarı nəzərdən keçirilib

Azərbaycanın Alban-xristian irsi: tarixi varislik və elmi-mədəni reallıq

GDU-da tələbələr üçün müasir kompüter laboratoriyaları və kibertəhlükəsizlik klubu yaradılıb

Daşkəsəndə narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb VİDEO

Daşkəsəndə narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb VİDEO

® “Bir”dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: “Biznesdə birlikdə” proqramına start verilib

Ağdam məscidinin təmiri tarixi və mənəvi yaddaşın bərpasıdır - ŞƏRH

Liviyada qanunsuz silahlı dəstə neft kəmərini ələ keçirib

Azərbaycan - Çexiya matçının hakimləri müəyyənləşib

Ekspert: TDT Avrasiyanın mühüm geoiqtisadi aktoruna çevrilir

Baş direktor: “ADEX” Azərbaycanın müdafiə sənayesinin gələcəyinə açılan pəncərədir VİDEO

Baş direktor: “ADEX” Azərbaycanın müdafiə sənayesinin gələcəyinə açılan pəncərədir VİDEO

Türkiyədə məktəbin qarşısında silahlı insident: 10 nəfər yaralanıb – YENİLƏNİB 2

Fransalı pilot Azərbaycan Qran-Prisində “Red Bull”un heyətinə qayıdacaq

“Kişi, sözüm sözdür, tam qələbə ilə dönəcəm” VİDEO

“Kişi, sözüm sözdür, tam qələbə ilə dönəcəm” VİDEO

Könül Hacıyeva: Bakuvinin üç dildə yaradıcılığı Azərbaycan təsəvvüf ədəbiyyatının çoxqatlı xarakterini göstərir

Bəzi yerlərdə duman olacaq

IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına

IRENA: 2030-cu il hədəfinə çatmaq üçün hər il 1200 giqavat yeni enerji gücü yaradılmalıdır

Prezident Tokayev Qazaxıstan Xalq Şurasının tərkibini təsdiq edib

Gürcüstan və Türkiyə liderləri Nyu-Yorkda görüşüblər

Naxçıvanda büdcə təşkilatlarının nümayəndələri üçün “e-mühasibat” altsistemi ilə bağlı təlim baş tutub

Layihə rəhbəri: Bu il "ADEX" və "Securex Caspian" sərgiləri üçün geniş proqram hazırlanıb VİDEO

Layihə rəhbəri: Bu il "ADEX" və "Securex Caspian" sərgiləri üçün geniş proqram hazırlanıb VİDEO

BDYPİ kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan şəxslərə müraciət edib

33 il sonra doğma torpaqlarda: “İlk qonağımız Ali Baş Komandan İlham Əliyev oldu” VİDEO

33 il sonra doğma torpaqlarda: “İlk qonağımız Ali Baş Komandan İlham Əliyev oldu” VİDEO

“Oxfam” Fransada zəngin varislərin vergiyə cəlb olunmasını təklif edir

Yanvar-avqust aylarında əlilliyi olan 100 min şəxsə reabilitasiya xidmətləri göstərilib

Fransada gənclər etiraz aksiyalarına hazırlaşırlar

Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib

Fransa millisinin və “Yuventus”un futbolçusu barmağından əməliyyat olunub

Bu saata olan əsas xəbərlər

Ötən il ərzində təkrar mənzil bazarında 41 mindən çox mənzilin alqı-satqısı baş tutub

Özbəkistan Xəzər dənizindəki limanlarda logistika infrastrukturunun yaradılımasına böyük əhəmiyyət verir

İrakli Kobaxidze: Gürcüstan Cənubi Qafqazda regional əməkdaşlığın gücləndirilməsinə sadiqdir

Məsud Pezeşkian: İran beynəlxalq platformalarda mövqelərini müdafiə edəcək

Nazirlik rəsmisi: Azərbaycan müdafiə sənayesi imkanlarını genişləndirir VİDEO

Nazirlik rəsmisi: Azərbaycan müdafiə sənayesi imkanlarını genişləndirir VİDEO

İçərişəhərdə sakinlər üçün yeni İcma Mərkəzi fəaliyyətə başlayıb

Məktəbli geyimi ilə bağlı yeni tələblər sosial bərabərliyə xidmət edəcək

Tarixçi-alim: Albanların yaratdığı maddi-mədəni irs nümunələri Azərbaycan xalqının sərvətidir - ŞƏRH

Fransa komandasının pilotları Azərbaycan Qran-Prisindən gözləntilərini açıqlayıblar

Ötən gün 51 cinayətin açılması təmin olunub

Moldovada Dnestrin dayazlaşması fonunda fövqəladə vəziyyət elan edilə bilər

Şəmkirdə əsaslı təmir olunan sərhəd zastavası xidməti istifadəyə verilib VİDEO

Şəmkirdə əsaslı təmir olunan sərhəd zastavası xidməti istifadəyə verilib VİDEO

Klub müəssisələrində 1140 uşaq dərnəyi və kollektivi fəaliyyət göstərib

Havada normadan artıq toz müşahidə olunur

Azərbaycanda regional futbol federasiyalarının səlahiyyətləri artırılır

Sudanda 5 milyondan çox məcburi köçkün evlərinə qayıdıb

Milli Onkologiya Mərkəzində uşaq onkologiyasına həsr olunmuş elmi seminar keçirilib

Dövlət Proqramı çərçivəsində London Universitet Kollecində 92 nəfər təhsil alır

Yuri Lujkovun xatirə axşamında Prezident İlham Əliyevin müraciətinin mətni oxunub

Ətraf mühitlə bağlı qanunlara yeni dəyişikliklər təklif olunur

Makron Zelenski ilə görüşdən sonra Ukraynaya yeni dəstək tədbirlərini açıqlayıb

Müasir Ermənistanın kultursid praktikası: Alban irsinin konfessional və etnik identikliyinin dəyişdirilməsi cəhdləri - MƏQALƏ

Kuybışevdə neftayırma zavodu dron hücumuna məruz qalıb

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Uzunlar məbədi

Respublika üzrə sentyabr ayının pensiya ödənişləri yekunlaşıb

Bilgəhdə dənizdə batan iki nəfərin meyitləri tapılıb

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Şabranda vətəndaşları qəbul edəcək

TƏBİB ilə ABADD arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Ağdam-Xankəndi dəmir yolunda tikinti-quraşdırma işlərinin 48 faizi başa çatdırılıb VİDEO

Ağdam-Xankəndi dəmir yolunda tikinti-quraşdırma işlərinin 48 faizi başa çatdırılıb VİDEO

Azərbaycan Ermənistana mövcud vəziyyətdən çıxış yolunu göstərən siyasi jestlər edir - ŞƏRH

Məktəblərdə vahid geyim tələbinin müəyyənləşdirilməsi fərqli yanaşmaların qarşısını alacaq – ekspert

Samuxda sahibkarın müraciəti əsasında 165 heyvan identifikasiya olunub

® “SİMA İmza” ilə vergi hesabatlarını 6 ay pulsuz təqdim et!

Türkiyə Prezidenti BMT TŞ daimi üzvlərinin veto hüququnu ləğv etməyə çağırıb

Dövlət qulluğuna qəbul imtahanı vermək üçün 1753 nəfər qeydiyyatdan keçib

Fövqəladə Hallar Nazirliyi yanğın təhlükəsizliyi ilə bağlı kənd yerlərində yaşayan əhaliyə müraciət edib

Avropa çempionatı: Azərbaycanın bir boksçusu yarımfinala, digəri 1/4 finala yüksəlib

Qızıl və gümüşün ucuzlaşması davam edir VİDEO

Qızıl və gümüşün ucuzlaşması davam edir VİDEO

Qarabağ və Şərqi Zəngəzurun xristian dini mərkəzlərinin tədqiqinə qrant ayrılıb

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Azərbaycan yığmaları Şahmat Olimpiadasında Yunanıstan və Ermənistanla qarşılaşacaq

Naxçıvan şəhərində yaşayış binasında yanğın baş verib

Bu gün Ümumdünya Avtomobilsiz Günüdür

Azərbaycan nefti 116 dollara satılır VİDEO

Azərbaycan nefti 116 dollara satılır VİDEO

Kolumbiya səfiri “ASAN xidmət”də olub