Hamlet İsaxanlı türkiyəli oxucularla görüşüb
Bakı, 14 mart, AZƏRTAC
Türkiyənin Nevşehir Hacı Bektaşi Veli Universitetinin konsert salonunda Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor, şair-yazıçı Hamlet İsaxanlı ilə görüş keçirilib.
Xəzər Universitetindən AZƏRTAC-a bildirilib ki, görüşdə professor-müəllim heyəti və tələbələr şairin İstanbulda yeni nəşr olunmuş “Xəzana tərif” (“Hazana övgü”) kitabından şeirlər dinləyiblər. H.İsaxanlı ona ünvanlanan sualları cavablandırıb və şeirlər kitabını imzası ilə tələbələrə təqdim edib. Tələbələr onunla xatirə şəkilləri çəkdiriblər.