İDMAN


İngiltərə Premyer Liqası: “Liverpul”-“Mançester Siti” oyununda qalib müəyyənləşməyib

Bakı, 7 oktyabr, Nicat Məmmədov, AZƏRTAC

Oktyabrın 7-də İngiltərə Premyer Liqasının 8-ci turunun növbəti oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, turun mərkəzi matçında “Liverpul” klubu son çempion “Mançester Siti” komandasını qəbul edib. Görüş qolsuz heç-heçə ilə başa çatıb. Qarşılaşmanın 87-ci dəqiqəsində Pep Qavardiolanın yetirmələri 11 metrlik cərimə zərbəsi vurmaq imkanı əldə etsələr də, Riyad Mahrez hədəfdən yayınıb.

Günün digər oyunlarında isə aşağıdakı nəticələr qeydə alınıb:

“Fulhem” – “Arsenal” - 1:5

“Southampton” – “Çelsi” - 0:3

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.