İQTİSADİYYAT


İpoteka istiqrazlarının 60 milyon manatlıq emissiyasının üçüncü tranşı yerləşdiriləcək

Bakı, 11 oktyabr, AZƏRTAC

Bu gün Bakı Fond Birjasında “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu”nun 20,000 000 manat həcmində adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. İstiqrazlar 1 003.6667 manat qiyməti ilə satışa çıxarılacaq.

Fonddan AZƏRTAC-a bildiriblər ki, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu"nun adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının baza emissiya prospekti avqustun 2-də qeydə alınıb. Emissiyanın ümumi həcmi 60,000,000 AZN təşkil edir, bir istiqrazın nominal dəyəri 1000 AZN, istiqraz üzrə faiz dərəcəsi 3 faizdir.

Buraxılışın 20,000,000 manat təşkil edən ilk emissiyası avqustun 28-də yerləşdirilib.

Baza emissiya prospektinə əsasən, yerləşdirilmə kütləvi təklif üsulu ilə "Bakı Fond Birjası" QSC vasitəsilə keçiriləcək. Depozitari və Sərəncamçı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.