Latviyada Barrikada Müdafiəçilərinin Anım Günü qeyd edilib
Riqa, 22 yanvar, AZƏRTAC
Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov 20 Yanvar - Barrikada Müdafiəçilərinin Anım Günü münasibətilə bu ölkədə təşkil olunan tədbirdə iştirak edib.
AZƏRTAC xəbər verir ki, Latviya Seyminin sədri xanım İnara Murnietsenin rəhbərliyi ilə keçirilən mərasimdə ölkə ictimaiyyətinin tanınmış şəxsləri, dövlət və hökumət nümayəndələri iştirak ediblər.
20 Yanvar hadisələrinin Azərbaycan (1990) və Latviya (1991) xalqlarının milli azadlıq mübarizəsində oxşar tarixi mahiyyətini nəzərə alaraq, bu ölkədə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələrindən yalnız səfir C.Axundov tədbirə dəvət olunmuşdu.
Mərasim iştirakçıları faciə qurbanlarının məzarlarını ziyarət edib, “Azadlıq” abidəsinin önünə əklil qoyaraq Latviyanın azadlığı uğrunda həlak olanların xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2026 [12:56]
Prezident: Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində rolu danılmazdır
- 10.05.2026 [12:25]
Müasir müstəqil Azərbaycanın memarına böyük ehtiram
Bu saata olan əsas xəbərlər
- [12:00]
Livan: İsrailin hərbi əməliyyatları nəticəsində ölənlərin sayı 2795-ə çatıb
- 09.05.2026 [22:59]
Putin Ermənistanın Avropanı seçəcəyi təqdirdə “sivil ayrılmağı” təklif edib
- 09.05.2026 [22:58]
NDU tələbələrinin İğdır Universitetində təcrübə proqramı uğurla yekunlaşıb
- 09.05.2026 [22:25]
Premyer Liqa: "Sumqayıt" "Araz-Naxçıvan"a qalib gəlib
- 09.05.2026 [22:02]
Milli yaddaşın izi ilə: Aşıq Ələsgər irsi ilə bağlı layihəyə başlanılıb
- 09.05.2026 [21:59]
İsrailin Livana hava zərbəsi: 9 ölü, 15 yaralı
- 09.05.2026 [21:36]
Avropa Kuboku: Azərbaycan cüdoçuları ilk gündə 5 medal qazanıblar
- 09.05.2026 [21:22]
Ali təhsildə təcrübə: Özbəkistan və Qazaxıstan alimləri Qubada
- 09.05.2026 [21:12]
ADPU-nun Quba filialında tələbələrin lokal instrumental ansamblı yaradılır
- 09.05.2026 [20:35]
Qarsda Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb
- 09.05.2026 [20:16]