İDMAN


Luis Hemilton Formula 1-in ümumi hesabında birinci yerdədir

Bakı, 23 iyul, AZƏRTAC

“Mersedes” komandasının britaniyalı pilotu Luis Hemilton Formula 1 Almaniya Qran-Prisinin qalibi olub. O, Hokkenhaymda 14-cü yerdən start götürüb.

AZƏRTAC xəbər verir ki, onun komanda yoldaşı, finlandiyalı Valtteri Bottas ikinci yeri tutub. Digər finlandiyalı, “Ferrari”nin pilotu Kimi Raykkonen üçüncü yerdə qərarlaşıb. Əvvəlcə yürüşdə “Ferrari”nin alman pilotu Sebastyan Fettel liderlik edib. Amma 52-ci dövrədə idarəetmənin öhdəsindən gələ bilməyib və trasdan çıxıb.

L.Hemilton 188 xal toplayaraq şəxsi hesabda birinci yerə çıxıb. S.Fettel (171) ikinci yerlə kifayətlənməli olub. Üçüncü yeri K.Raykkonen (131) tutub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.