MƏDƏNİYYƏT


“Müasir Audiovizual Baxış” mükafatı sahibinə təqdim edilib

Bakı, 27 yanvar, AZƏRTAC

Mədəniyyət Nazirliyinin dəstəyi ilə hər həftənin şənbə və bazar günləri AVTO FM-də (107.7) yayımlanan “AzerNyuMedia” şirkətinin “Cinema Radio” kino-radio kanalının III ənənəvi “Müasir Audiovizual Baxış” mükafatının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, təqdimetmə mərasimi “Cinema Plus” Kinoteatrlar Şəbəkəsinin “Gənclik Mall”da yerləşən kinoteatrında Azman Holdinqin dəstəyi ilə təşkil edilib. Tədbirin aparıcısı, tanınmış aktyor Emin Nəsirli kino radio kanal və onun mükafatı haqqında məlumat verib.

Mərasimdə çıxış edənlər Mədəniyyət Nazirliyinin sektor müdiri Rüfət Əliyev, “PMG Group” şirkətinin rəhbəri Cavid Nemətzadə, Azərbaycan Respublikası Dövlət Film Fondunun direktoru, Əməkdar İncəsənət xadimi Cəmil Quliyev “Cinema Radio” kino-radio kanalının formatı, onun əhəmiyyətindən danışıblar.

“Cinema Radio” kino-radio kanalının rəhbəri “AzerNyuMedia” şirkətinin icraçı direktoru Kamran Qasımov və kanalın aparıcısı RJ Yaqut builki mükafatın sahibini elan ediblər. Mükafat 2021-ci ilin audiovizual yekunlarına əsasən aktyor, ssenarist, aparıcı Azər Aydəmirə təqdim olunub. Mərasimdə Respublikanın Əməkdar artisti Xəyyam Mustafazadə “Nizami” və “Odlar yurdu” filmlərindən canlı soundtracklar ifa edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.