SİYASƏT


Müdafiə Nazirliyinin rəhbərliyi Yel çərşənbəsini şəxsi heyətlə birlikdə qeyd edib

Bakı, 12 mart, AZƏRTAC

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Yel çərşənbəsini təlimlərdə iştirak edən hərbi qulluqçularla birgə keçirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, xalqımızın milli-mənəvi dəyərlərini özündə əks etdirən və qədim ənənələrimizdən olan Novruz bayramı ərəfəsində şəxsi heyətlə görüşən nazir Zakir Həsənov bayram şənliyinə qatılıb, tonqal ətrafında toplaşan əsgər və zabitlərlə söhbət edib.

Görüşdə daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunduqlarını vurğulayan hərbi qulluqçular, döyüş hazırlığının, sosial-məişət şəraitinin, mənəvi-psixoloji vəziyyətin, döyüş ruhunun yüksək olduğunu və torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə Ali Baş Komandanın döyüş əmrinə hər an hazır olduqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.