Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

“Naxçıvan” Universitetində “Şərq qapısı” qəzetinin yubileyi qeyd edilib

Naxçıvan, 1 iyul, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1 iyun tarixli Sərəncamı ilə təsdiq olunan Tədbirlər Planına əsasən “Naxçıvan” Universitetində mətbu orqanın yubiley tədbiri keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə çıxış edən universitetin rektoru, dosent Nurlana Əliyeva muxtar respublikada elm və təhsilin jurnalistikanın inkişafına yaradılan hərtərəfli şəraitdən, göstərilən dövlət qayğısından danışıb. Rektor “Şərq qapısı” qəzetinin mətbuat tariximizdəki rolundan, doğma diyarımızda elmin, maarifin, ictimai fikrin inkişafında çox böyük əvəzsiz töhfələr verdiyini qeyd edib.

“Şərq qapısı” qəzetinin baş redaktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Mehriban Sultanova bir əsirlik mətbu orqanın keçdiyi tarixi inkişaf yoluna nəzər salıb, milli mətbuatımıza göstərilən diqqət və qayğıdan bəhs edib, muxtar respublika ziyalılarının, eləcə də “Naxçıvan” Universiteti əməkdaşlarının kənar müəllif kimi qəzetlə yaxından əməkdaşlığından danışıb. Bildirilib ki, 1921-ci ilin noyabrında Gənclər İttifaqının orqanı olan “Cavanlar həyatı” qəzetinin nəşrə başlaması ilə Naxçıvanda qəzetçiliyin təməli qoyulub, hələ XIX əsrin 90-cı illərindən meydana gələn qəzet nəşr etdirmək ideyası nəhayət ki, gerçəyə çevrilib. Vərəqə şəklində çap olunan “Cavanlar həyatı” qəzeti iki aya yaxın müddətdə fəaliyyət göstərib, 1921-ci ilin dekabrından etibarən Naxçıvanda “Füqəra səsi” adlı yeni bir qəzet nəşr olunub. 1922-ci ilin aprel ayından nəşr edilməyə başlayan “Şərq qapısı” qəzeti isə müxtəlif tarixi mərhələlərdə ictimai-siyasi, ədəbi-mədəni proseslərin işıqlandırılmasında, millilik və maarifçilik ideyalarının təbliğində mühüm rol oynayıb.

Vurğulanıb ki, ötən əsrin 70-80-ci illərində “Şərq qapısı” qəzetinin gündəlik və böyük formatda nəşri təmin edilib. Qəzetin 50 illik yubileyində “Şərəf nişanı” ordeni ilə təltif olunması həmin dövrdə Azərbaycana rəhbərlik edən görkəmli dövlət xadimi Heydər Əliyevin mətbuata böyük qayğısının təzahürü idi. Tarixən Azərbaycançılıq ideologiyasına, milli məfkurəyə xidmət edən “Şərq qapısı” qəzeti XX əsrin 90-cı illərinin əvvəllərində Sovetlər Birliyində nəşr olunan ilk müstəqil mətbuat orqanı kimi tarixə düşüb, 1990-cı il 20 yanvar tarixindən etibarən səkkiz nömrəsi müstəqil çıxan qəzet milli həmrəylik, demokratiya və milli müstəqillik uğrunda mübarizədə ideoloji bayraqdar funksiyasını yerinə yetirib. Qəzet muxtar respublikamızda fəaliyyət göstərən görkəmli dövlət xadiminin müstəqilliyimizin bərpası və möhkəmləndirilməsi yolunda həyata keçirdiyi tədbirlərin fəal təbliğatçısı olub. 1990-1993-cü illərdə Ulu Öndərimiz qəzetin fəaliyyəti ilə yaxından maraqlanıb, çətin şəraitdə belə, onun nəşr olunmasını təmin edib.

Diqqətə çatdırılıb ki, “Şərq qapısı” qəzeti daim Ali Məclis Sədrinin diqqət və qayğısı ilə əhatə olunub, bu mətbu orqanın 75, 80, 85, 90 illik yubileyləri yüksək səviyyədə qeyd edilib. “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1 iyun tarixli Sərəncamın imzalanması və bu sərəncamla Tədbirlər Planının təsdiq olunmasını, bütövlükdə, muxtar respublikada kütləvi informasiya vasitələrinin inkişafına dövlət qayğısı olmaqla, milli mətbuatın cəmiyyətdəki, dövlətçilik tariximizdəki mühüm roluna verilən siyasi qiymət olduğunu vurğulayan baş redaktor göstərilən yüksək diqqət və qayğıya görə qəzetin kollektivi adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov çıxışında bildirib ki, müstəqillik illərində muxtar respublikada digər sahələr kimi, mətbuat da yeni inkişaf mərhələsinə qədəm qoyub. Ali Məclis Sədrinin “Naxçıvan Muxtar Respublikasının dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” 2000-ci il 29 mart tarixli Sərəncamından sonra bu istiqamətdə mühüm tədbirlər həyata keçirilib. Milli mətbuatımızın 135 illik yubileyində - 2010-cu il iyulun 22-də “Şərq qapısı” qəzeti redaksiyası və “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi üçün yeni redaksiya-nəşriyyat kompleksinin istifadəyə verilməsindən sonra qəzetin rəngli nəşrinə başlanılıb. 2018-ci ildə dövlət teleradiosuna, “Şərq qapısı”, şəhər və rayon qəzetlərinə, Televiziya və Radio Şurasına ümumi dəyəri 250 min manatdan artıq olan müxtəlif avadanlıqlar alınıb, sonrakı dövrdə də teleradio və qəzetlərin maddi-texniki bazaları gücləndirilib.

Tədbirdə “Şərq qapısı” qəzetinin məsul katibinin müavini Məhəbbət Mirzəyeva, “Naxçıvan” Universitetinin əməkdaşlarından filologiya üzrə fəlsəfə doktorları - Əli Həşimli, Nüşabə Məmmədova və iqtisad üzrə fəlsəfə doktoru Əli Cabbarov çıxış ediblər. Çıxışlarda “Şərq qapısı” qəzetinin fəaliyyətindən, milli mətbuatımızın inkişafındakı rolundan ətraflı söhbət açılıb. Tədbir ərzində qəzetin tarixi inkişaf yolu və iş prinsipini əks etdirən videoslayd nümayiş olunub.

Sonda qəzetdə məqalələrlə mütəmadi çıxış edən universitet əməkdaşlarına “Şərq qapısı” qəzeti adından mükafatlar, “Naxçıvan” Universiteti rəhbərliyi tərəfindən isə qonaqlara hədiyyələr təqdim olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rəcəb Tayyib Ərdoğan Qərbi Balkan ölkələrinin əhalisinin ən çox bəyəndiyi liderdir

İlk insanların Avstraliyaya gəldiyi marşrut müəyyən edilib

Yeni Kaledoniyada fövqəladə vəziyyət elan edilib, 70 nəfər saxlanılıb

Antoni Blinken Hakan Fidanla Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Bakıda mağazada baş verən yanğın söndürülüb YENİLƏNİB-3 VİDEO

Kanadanın xarici işlər naziri Türkiyədə rəsmi səfərdədir

Avropa İttifaqı ölkələri Təbiətin bərpa edilməsı haqqında Qanunu dəstəkləməyə çağırıb

Futbol üzrə İtaliya Kubokunun qalibi bəlli olub

Premyer Liqa: "Çelsi" və "Mançester Yunayted" komandaları turu qələbə ilə bitirib

Atmosferdə karbon dioksid daha sürətlə toplanmağa başlayıb

Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın 9-cu görüşünün yekunları üzrə mətbuat açıqlaması

Kolumbiyanın Xaveriana Universitetində ölkəmizlə bağlı təqdimat keçirilib

Almaniyada rezonans doğuran iş üzrə hökm elan olunub

Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndə heyəti beynəlxalq forumda iştirak edib

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana dövlət səfərinə gəlib YENİLƏNİB

® “Azercell”in ev sahibliyi etdiyi konfrans beynəlxalq sənaye liderlərini Bakıda bir araya gətirib

Şimali Kipr Türk Cümhuriyyətində Azərbaycan Beynəlxalq Mədəniyyət Mərkəzinin təntənəli açılışı olub

Ağcabədidə dəm qazından zəhərlənən yeniyetmənin vəziyyəti ağırdır YENİLƏNİB

Milli Oftalmologiya Mərkəzi BDU-da tibbi aksiya keçirəcək

Belarusun kənd təsərrüfatı və ərzaq naziri Azərbaycandakı laboratoriyaların şəraitini yüksək qiymətləndirib

Ermənistan daxilindəki qüvvələr dərk etməlidirlər ki, imtina, qarşıdurma, eskalasiya yolu artıq öz gücünü çoxdan itirib – ŞƏRH

Stella Assanj: Culian hara getsə, onunla gedəcəyəm

Baydenlə Trampın ilk debatının tarixi açıqlanıb

Milli Müdafiə Universitetinin hərbi kolleclərində 2024-2025-ci tədris ili üçün qəbul davam edir

“Biznesin müflisləşməsi” üzrə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair yeni təşəbbüslərin təqdimatı keçirilib

Parisdə “COP29 - BEA enerji keçidi yüksək səviyyəli dialoq” mövzusunda konfrans keçirilib

Azərbaycanla Belarus arasında dövlət satınalmaları sahəsində əməkdaşlığın inkişaf etdirilməsi müzakirə edilib

Türkiyə Prezidenti Ankarada səfərdə olan Ukrayna Ali Radasının sədrini qəbul edib

Azərbaycan və Belarus nəqliyyat daşımaları sahəsində əməkdaşlığı müzakirə edib

Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə qarşı törədilmiş sui-qəsdi sərt şəkildə pisləyib

Qəbələdə keçirilən əmək yarmarkasına 12 müəssisədən 200 vakansiya təqdim edilib

Belarusun 60 illik yaşı olan müəssisəsi Azərbaycan ilə sıx əməkdaşlıq edir

Slovakiya parlamenti Baş nazirə sui-qəsdlə əlaqədar növbədənkənar iclas çağırıb

“Naxçıvan məktəblilərin gözü ilə” rəsm sərgisi açılıb

Gənc bəstəkarların yaradıcılığına həsr edilmiş plenumun açılış mərasimi olub

DYP və AYNA taksi sürücülərinə qarşı reyd keçirib

Yaşıl enerjinin inkişafı və ötürülməsi üzrə nazirlərin növbəti iclası Buxarestdə keçiriləcək

Mayın 20-dən lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır

Prezident Ərdoğan: Mənfi təsirlərə baxmayaraq ötən il Türkiyə ixracatı rekord qırıb

Azərbaycanla Belarus arasında qida təhlükəsizliyi ekvivalenti sistemi ilə bağlı ilkin razılıq əldə olunub

PISA 2025 – Beynəlxalq Şagird Qiymətləndirilməsi Tədqiqatının sınaq mərhələsinə start verilib

Təhsil İnstitutu və Özbəkistanın Milli Tədqiqat İnstitutu əməkdaşlığa başlayır

Ayxan Abbasov Niderlandın tanınmış klublarının düşərgəsində olub

Məhəmməd Füzuli: dövrü və mühiti – dəyirmi masa

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027- ci illər üçün Dövlət Proqramı” üzrə Əlaqələndirmə Qrupunun iclası keçirilib

FHN-in Cənub Regional Mərkəzi Lənkəranda nəzəri–praktiki tədbir keçirib

Bakıda qadına qarşı əxlaqsız hərəkətlər edən şəxs həbs olunub VİDEO

AQTA sədri: Ölkəmizdə baytarlıq preparatlarının istehsalı ilə bağlı Belarusla birgə ekspert qrupu yaradılıb

Bolqarıstan mətbuatı: İşğal nəticəsində Azərbaycana 50 milyard dollardan çox ziyan vurulub

ADU-da Belarus Dili və Mədəniyyəti Mərkəzi açılıb

Azərbaycan Milli Kitabxanası Özbəkistanda beynəlxalq konfransda təmsil olunub

Bakıda keçiriləcək güləş üzrə Avropa çempionatının biletləri satışa çıxarılıb

COP29 çərçivəsində dünya dini liderlərinin zirvə görüşü iqlim dəyişmələri problemlərinin həllində siyasət və din xadimlərinin həmrəyliyinin vacibliyini təsdiqləyəcək

Türkiyədə “Tıq-tıq xanım” və “Keçinin qisası” tamaşaları nümayiş olunub

DİM: 69 dövlət orqanında mövcud olan 219 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Metroda sərnişinin halının pisləşməsi qatarın hərəkətində gecikməyə səbəb olub

UNICEF-lə gələcək əməkdaşlıq məsələləri müzakirə olunub

Prezident: Tolerantlıq və multikultural dəyərlər Azərbaycan cəmiyyətinin demokratik birgəyaşayış normasıdır

“Gənc istedadlar” liseyində təlim: İmtahan stresinin aradan qaldırılması

Hakan Fidan ilə Antoni Blinken bölgədəki son vəziyyəti müzakirə ediblər

“Transformativ dialoq: sürətlə dəyişən dünyada sülh naminə alyansların qurulması” mövzusunda Qlobal Dialoq Forumunun iştirakçılarına

Coğrafiyaşünas alim: Süni torpaq sahələrindən Xəzərin səviyyəsinin dəyişməsi prosesinə uyğun olaraq istifadə edilməlidir

Azərbaycan İƏT-in gənc diplomatlar forumunda iştirak edir

Mütəxəssis: Yeniyetmələrdə hamiləlik zamanı fəsadların yaranma riski artır

Alimlərin araşdırması: Uşaqlıqda artıq çəki ömrü iki dəfə qısalda bilər

Bakıda 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi keçirilir VİDEO

Ölkəmizdə beynəlxalq incəsənət simpoziumu keçirilir

Şəhid Ənvər Tağıyevin Edillidə aşkarlanan nəşinin qalıqları Füzulidə torpağa tapşırılıb

ADPU-da professor Hyun Sook Tekinin konserti və elmi seminarı keçirilib

Avropa Parlamentinin deputatı Şuşada olub

Azərbaycanlı musiqiçilər Kalininqrad filarmoniyasının səhnəsində çıxış edəcəklər

Slovakiyanın Baş naziri güllə yarası alıb VİDEO

® “Leobank” və “Visa” Parisdə keçiriləcək Olimpiya Oyunlarına 2 səyahət paketi hədiyyə edir

İqor Ponomaryov: Son iki oyun üçün mükafata belə, ehtiyac yoxdur

İsveçdə aparılan araşdırmada xərçəngin artıq çəki ilə əlaqəli olduğu müəyyən edilib

Ədəbiyyat Muzeyində Salman Mümtazın ekspozisiyasının açılışı olub

Babək prospekti ilə Mikayıl Əliyev küçəsinin kəsişməsində təmir işlərinə başlanılır

Qarabağ separatçılarının həbs müddəti uzadılıb

Azərbaycan ilə Gürcüstan arasında enerji əlaqələrinin geniş spektri müzakirə edilib

Azərbaycan bu gün dünyada multikulturalizmin mərkəzlərindən biridir ŞƏRH

“Qurani-Kərim əlifbası və təcvid qaydaları” kitabı çapdan çıxıb

Günəşdə son on il ərzində ən güclü partlayış olub

Mixail Qaluzin: Moskva Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatıda danışıqlar aparmasını alqışlayır

“Keçmişdən gələcəyə sevgi” adlı səyyar tibbi müayinə aksiyası təşkil edilib

Azərbaycan məhsulları “Russia Halal Мarket” yarmarkasında təqdim olunub

Naxçıvanda “Azərbaycan-Türkiyə ticarət əlaqələri: Naxçıvanın ixrac imkanları" mövzusunda görüş keçirilib

Azərbaycanın tanınmış güləşçisi karyerasını başa vurub

Turşsu qəsəbəsində ilk mərhələdə 50 evin inşası nəzərdə tutulur VİDEO

“Təhsilin inkişafında innovativ metodlar II” müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Azərbaycan ailəsi: dəyişən və dəyişməyən dəyərlər” mövzusunda konfrans təşkil edilib

Şərqşünaslıq İnstitutunda Şah İsmayıl Xətainin fəaliyyəti və yaradıcılığına dair elmi sessiya keçirilib

Yevlaxda hüquqpozmalara qarşı tədbirlər keçirilib, 200 inzibati protokol tərtib olunub

Narkotik vasitənin təsiri altında inzibati məsuliyyətdən yayınmağa çalışan sürücü həbs edilib

Yanğın təhlükəsizliyi ilə bağlı Ağdamda regional müşavirə keçirilib

ƏƏSMN: Sosial xidmət müəssisələrində əlilliyi olan 342 uşaq daimi dövlət himayəsində yaşayır

FHN: Qəbələ rayonunun bəzi kəndlərində subasmanın qarşısı alınıb

Həkim-metodist: Erkən nikahı qadağan edən qanunlara baxmayaraq Azərbaycanda bu hallar istisna deyil

Azərbaycan Müstəmləkə altında olan ölkələrə və xalqlara müstəqillik verilməsi ilə bağlı Xüsusi Komitənin tədbirində təmsil olunur VİDEO

AQTA-nın sədri Beynəlxalq Qida Sənayesi və Kənd Təsərrüfatı sərgilərinin açılışında iştirak edib