ELM VƏ TƏHSİL


Növbəti “Refleksiv müəllim” seminarı təşkil olunub

Bakı, 8 aprel, AZƏRTAC

Aprelin 8-də Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda (TİPİİ) növbəti “Refleksiv müəllim” seminarı təşkil olunub.

TİPİİ-dən AZƏRTAC-a bildirilib ki, seminarda coğrafiya müəllimi Nurlanə Məmmədovanın “Atmosfer təzyiqi” dərsi müzakirə olunub. Əvvəlcə müəllim mövzunu, hazırladığı dərs modelini qısa şəkildə təqdim edib.

Seminar zamanı eyni fənni tədris edən müəllimlər bu dərsin daha maraqlı, şagirdlər üçün cəlbedici və asan başa düşülən qurulması istiqamətində müzakirələr aparıblar. Onlar dərsin daha təkmil versiyası üçün təkliflər irəli sürüblər.

Xatırladaq ki, TİPİİ “Refleksiv müəllim” layihəsinə 2017-ci ildə start verib. “Öyrətməyi öyrədirik” devizi altında həyata keçirilən layihənin iş prinsipi çox sadədir. Könüllü müəllimlər uğurlu saydıqları dərslərinin planını, icmalını və ya qısa videogörüntüsünü başqa müəllimlərə təqdim edir, dərs barədə məlumat verir, sonra isə suallar və şərhlər vasitəsilə həmin dərsin müzakirəsi aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.