İDMAN


“Qarabağ”ın Avropa Liqasındakı rəqibi “Vorskla”nın milli çempionat oyununda meydançaya partlayıcı maddə atılıb

Kiyev, 1 noyabr, AZƏRTAC

UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan Ukraynanın “Vorskla” klubunun milli çempionatda Odessanın “Çernomerets” komandası ilə görüşündə meydana partlayıcı maddə atılıb.

AZƏRTAC-ın yerli mətbuata istinadən verdiyi məlumata görə, hadisədən sonra hakim oyunu dayandırıb. Tüstü tam dağıldıqdan və lazımi təhlükəsizlik tədbirləri görüldükdən sonra oyun davam etdirilib. Hadisə nəticəsində futbolçular və azarkeşlər arasında xəsarət alan olmayıb.

Qeyd edək ki, görüş “Vorskla” komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.