İQTİSADİYYAT


Qeyri-neft sektorunda istehsal 11 faizədək artıb

Bakı, 13 avqust, AZƏRTAC

Yanvar-iyul aylarında sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 10,7 faiz artıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, hesabat dövründə sənaye məhsulunun 22,1 faizi emal sektorunda istehsal edilib. Emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 31,3 dəfə, elektrik avadanlıqlarının istehsalı 3 dəfə, tütün məmulatlarının istehsalı 2,9 dəfə, poliqrafiya məhsullarının istehsalı 2,7 dəfə, mebel istehsalı 2,1 dəfə, toxuculuq sənayesi məhsullarının istehsalı 64,2 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 54,4 faiz, tikinti materiallarının istehsalı 31,7 faiz, hazır metal məmulatlarının istehsalı 28,2 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 14,3 faiz, içkilərin istehsalı 9 faiz, əczaçılıq məhsullarının istehsalı 1,2 faiz, geyim istehsalı 0,7 faiz artıb.

Kimya sənayesi məhsullarının istehsalı 1,3 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 2 faiz, qida məhsullarının istehsalı 2,4 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 9,3 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 10,7 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 12 faiz, maşın və avadanlıqların istehsalı 15,2 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 62,4 faiz azalıb.

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən cari ilin yanvar-iyul aylarında 27,5 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz çox sənaye məhsulu istehsal edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.