REGİONLAR


Qusar Dövlət Ləzgi Dram Teatrı “Çingiz dastanı” tamaşasını hazırlayır VİDEO

Qusar, 1 oktyabr, Elxan Yusifli, AZƏRTAC

Oktyabrın 1-dən Qusar Dövlət Ləzgi Dram Teatrı Zəfər Günündə tamaşaçılara təqdim etmək üçün yeni səhnə əsərinin hazırlıqlarına başlayıb.

Teatrın direktoru Faiq Qardaşov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın teatrların fəaliyyətinin bərpa edilməsinə icazə verilməsi ilə bağlı qərarından sonra ilk tamaşaya qoyulacaq əsər seçilib. Kollektiv Əməkdar incəsənət xadimi Abdulla Qurbaninin Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun xatirəsinə həsr etdiyi “Çingiz dastanı” əsəri əsasında hazırlanan tamaşanın məşqlərinə başlayıb.

“Tamaşa böyük zövqlə hazırlanır. Hazırlıqlara 50-yə yaxın aktyor və texniki heyət cəlb olunub. Əsərdə cəmi 22 il ömür sürən Çingiz Qurbanovun böyük şücaət, igidlik göstərərək xalqımızın qəhrəmanlıq salnaməsinə yeni səhifə yazmasından bəhs edilir. Tamaşanı Zəfər Günündə təqdim etməyi planlaşdırırq”, - deyə Faiq Qardaşov söyləyib.

Əməkdar mədəniyyət işçisi Faiq Qardaşov və rejissor Bağır Əhmədovun quruluş verdiyi tamaşa üçün xüsusi dekorasiya hazırlanıb.

Qusar Dövlət Ləzgi Dram Teatrında Zəfər Günü ərəfəsində Vətən müharibəsində qazanılan şanlı Qələbəni özündə əks etdirən sərgi də açılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.