REGİONLAR
Qusarda şəhid övladları “Mənim atam qəhrəmandır” layihəsinə cəlb olunublar









Qusar, 22 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Qusar rayon Heydər Əliyev Mərkəzində Vətən müharibəsi şəhidlərinin övladları üçün təşkil olunan “Mənim atam qəhrəmandır” layihəsinə start verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihəyə əsasən mərkəzin bir günü bütövlükdə şəhid övladlarına həsr olunur.
Qusar rayon Heydər Əliyev Mərkəzinə dəvət edilən şəhid övladları və ailə üzvləri mərkəzlə tanışlıqdan sonra Uşaq İncəsənət və şəhər 4 saylı tam orta məktəbin şagirdlərinin ifasında konsert proqramını dinləyib, kinozalda cizgi filmlərini seyr ediblər.
Şəhid övladları qəhrəman ataları haqqında ürək sözlərini bölüşərək, müxtəlif mahnılar və şeirlər səsləndirib, daşlar üzərində rəsmlər çəkiblər.
Şəhid övladlarına Qusar rayon Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qusar rayon üzrə nümayəndəliyi tərəfindən hədiyyələr təqdim olunub.