Şamaxıda avtomobil dərəyə yuvarlanıb, bir nəfər ölüb
Şamaxı, 19 avqust, AZƏRTAC
Şamaxıda ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə axşam saatlarında Şamaxı–Pirqulu avtomobil yolunda qeydə alınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Qızmeydan kəndi ərazisində hərəkətdə olan minik avtomobili yoldan çıxaraq dərəyə yuvarlanıb. Qəza nəticəsində avtomobildə olan bir qadın hadisə yerində ölüb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Meyit və yaralılar xilasedicilər tərəfindən çətin relyefli, meşəlik ərazidən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır. Hadisənin dəqiq başvermə səbəbləri araşdırmanın nəticəsində məlum olacaq.
Müxbir- Rəşad Türkoğlu