DÜNYA


Rumıniyada qripdən ölənlərin sayı artıb

Buxarest, 8 mart, AZƏRTAC

Rumıniyada artıq 166 nəfər qripdən dünyasını dəyişib.

AZƏRTAC xəbər verir ki, sonuncu dəfə Buxarestdə 69 yaşlı kişi A tipli qripdən ölüb. Bu barədə Rumıniya epidemiyalara nəzarət milli mərkəzi məlumat yayıb. Vəfat edən adam qripdən peyvənd olunmayıb.

Qeyd edək ki, yanvarın sonunda Rumıniya səhiyyə naziri Sorina Pintea ölkədə qrip epidemiyasının olduğu barədə məlumat vermişdi.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.