İDMAN


Şahmatçımız Avropa çempionatında liderliyini davam etdirir

Bakı, 20 oktyabr, AZƏRTAC

Müxtəlif yaş qrupları üzrə keçirilən onlayn Avropa çempionatında 7-ci tura yekun vurulub.

AZƏRTAC xəbər verir ki, 18 yaşlı şahmatçıların yarışında Uğur İlyaslı (oğlanlar) 6,5 xalla vahid liderliyini davam etdirir. Digər şahmatçılarımızdan Mələk İsmayıl (18 yaş, qızlar), Ayan Allahverdiyeva (16 yaş, qızlar), Şiroğlan Talıbov (16 yaş, oğlanlar), Nərmin Abdinova (14 yaş, qızlar), Səadət Bəşirli (10 yaş, qızlar) fərqlənərək ön sıralarda yer alıblar.

Qeyd edək ki, qitə çempionatında Azərbaycanı 44 şahmatçı təmsil edir.

İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarətdir. Yarış oktyabrın 21-də başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.