Şri-Lankada ilin əvvəlindən bəri denge virusuna 8 mindən çox yoluxma qeydə alınıb
Pekin, 21 iyun, AZƏRTAC
Son günlər COVID-19 pandemiyası ilə vəziyyətin daha ağır olduğu bölgələrdən olan Cənubi və Cənub-Şərqi Asiya ölkələrində denge qızdırması da təhlükəli hal kimi qalmaqda davam edir. Şri-Lankada ilin əvvəlindən bəri bu virusa 8 min 139 yoluxma qeydə alınıb.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, bu barədə denge virusu ilə milli mübarizə bölməsi açıqlama yayıb. Bildirilir ki, zonalar üzrə ən çox yoluxma paytaxt Kolomboda qeydə alınıb. Səlahiyyətli qurumlar əhalini xəbərdar edərək, virusdan fərdi və kütləvi mühafizə tədbirlərinə diqqət yetirməyə çağırıb. Bu ölümcül virusun yayılmasının qarşısını almaq üçün ağcaqanadların toplaşa biləcəyi məkanların təmizlənməsi üçün xüsusi qruplar yaradılıb.
Qeyd edək ki, əsasən tropik və subtropik regionlarda müşahidə edilən denge xəstəliyi virus infeksiyasıdır. Əsas əlamətləri yüksək hərarət, ürəkbulanma, səpmə, baş və bel ağrıları olan xəstəliyin əsas daşıyıcıları “Aedes aegypti” ağcaqanadlarıdır. Ümumdünya Səhiyyə Təşkilatı sürətlə yayılan denge xəstəliyini insan səhhəti üçün ən böyük təhdidlər siyahısına salıb. İndiyə qədər bu virus əleyhinə xüsusi dərman mövcud deyil. Virusun XVIII əsrdən yayılmağa başladığı güman olunur. Amma onun virus kimi yayılması XX əsrin əvvəlində aydınlaşdırılıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2026 [07:24]
Çilidə 5,8 bal gücündə zəlzələ baş verib
- 10.05.2026 [05:56]
WSJ: Hörmüz boğazının bağlanması sulfat turşusu tədarükünü mümkünsüz edib
- 10.05.2026 [01:17]
Rubio və Uitkoff Mayamidə Qətərin Baş naziri ilə görüşüb
- 10.05.2026 [01:00]
Putin Zelenski ilə Moskvada görüşməyə hazır olduğunu bildirib
- 09.05.2026 [22:59]
Livan: İsrailin hərbi əməliyyatları nəticəsində ölənlərin sayı 2795-ə çatıb
- 09.05.2026 [22:58]
Putin Ermənistanın Avropanı seçəcəyi təqdirdə “sivil ayrılmağı” təklif edib
Bu saata olan əsas xəbərlər
- [12:00]
Livan: İsrailin hərbi əməliyyatları nəticəsində ölənlərin sayı 2795-ə çatıb
- 09.05.2026 [22:59]
Putin Ermənistanın Avropanı seçəcəyi təqdirdə “sivil ayrılmağı” təklif edib
- 09.05.2026 [22:58]
NDU tələbələrinin İğdır Universitetində təcrübə proqramı uğurla yekunlaşıb
- 09.05.2026 [22:25]
Premyer Liqa: "Sumqayıt" "Araz-Naxçıvan"a qalib gəlib
- 09.05.2026 [22:02]
Milli yaddaşın izi ilə: Aşıq Ələsgər irsi ilə bağlı layihəyə başlanılıb
- 09.05.2026 [21:59]
İsrailin Livana hava zərbəsi: 9 ölü, 15 yaralı
- 09.05.2026 [21:36]
Avropa Kuboku: Azərbaycan cüdoçuları ilk gündə 5 medal qazanıblar
- 09.05.2026 [21:22]
Ali təhsildə təcrübə: Özbəkistan və Qazaxıstan alimləri Qubada
- 09.05.2026 [21:12]
ADPU-nun Quba filialında tələbələrin lokal instrumental ansamblı yaradılır
- 09.05.2026 [20:35]
Qarsda Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb
- 09.05.2026 [20:16]
Bu saata olan əsas xəbərlər
- 09.05.2026 [20:00]
BMT-nin Baş katibi Ukrayna ilə Rusiya arasında atəşkəs elanını alqışlayıb
- 09.05.2026 [19:36]