Tehranda Ulu Öndərin doğum gününə həsr olunan şahmat turniri keçiriləcək
Tehran, 7 may, AZƏRTAC
Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Azərbaycanın İrandakı səfirliyinin təşkilatçılığı ilə mayın 10-da Tehrandakı diplomatik nümayəndəliklərin iştirakı ilə beynəlxalq şahmat turniri təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, turnirdə BMT-nin İran nümayəndəliyində, İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Tehrandakı mənzil-qərargahında çalışan əməkdaşlar, eləcə də Türkiyə, Polşa, Fransa, Macarıstan, Rusiya, Keniya, Filippin və digər ölkələrin İrandakı səfirliyində işləyən diplomatları iştirak edəcəklər.
Beynəlxalq şahmat turniri İsveçrə sistemi üzrə keçiriləcək və yarışın qalibləri xüsusi mükafatlarla təltif ediləcəklər.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Dörd yaşında yarımçıq qalan ömür
- [12:08]
Bu saata olan əsas xəbərlər
- [12:00]
ABŞ husilərlə danışıqlar aparır
- 18.09.2026 [23:54]
Yardımlıda açıq ərazidə yanğın baş verib
- 18.09.2026 [23:34]
“Arşın mal alan”la Akademik Musiqili Teatrda yeni mövsümə start verilib
- 18.09.2026 [23:00]
Ceyhun Hacıbəyli küçəsində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq
- 18.09.2026 [22:23]