DÜNYA


Turkish Airlines Rusiyaya uçuşları tam həcmdə bərpa edir

Bakı, 21 iyun, AZƏRTAC

Türkiyənin milli aviadaşıyıcısı Turkish Airlines iyunun 22-dən Rusiyaya uçuşları tam həcmdə bərpa edəcək.

AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, bunu aviakompaniyanın nümayəndəsi deyib. “Rusiyanın rəsmi hakimiyyət orqanlarının qərarına uyğun olaraq, Rusiyadan uçuşlara və bu ölkəyə aviareyslərə qoyulan qadağa iyunun 22-də Moskva vaxtı ilə saat 00:00-dan ləğv olunur. Həmin vaxtdan etibarən biz uçuş cədvəlimizi dam həcmdə bərpa edirik”, - deyə nümayəndə bildirib.

Xatırladaq ki, koronavirusun yayılması səbəbindən Rusiya aprelin 15-dən iyunun 1-dək Türkiyə ilə sərnişin aviadaşımalarını məhdudlaşdırmışdı. Sonradan Rusiyanın koronavirusla mübarizə üzrə operativ qərargahı həmin müddəti iyunun 21-dək uzatmışdı.

Bir qədər əvvəl Antalya şəhər şurasının turizm üzrə işçi qrupunun rəhbəri Recep Yavuz deyib ki, çərşənbə axşamı günü Rusiya Federasiyasından Antalyaya 33 reys gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.