ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ BOKS TURNİRİNİN QALİBLƏRİ MƏLUMDUR
AZƏRTAC xəbər verir ki, Bakı İdman Sarayında yeniyetmə idmançılar (15-16 yaş) arasında ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Heydər Əliyev kuboku-2008” beynəlxalq boks turniri başa çatmışdır.
Yarışda Azərbaycan, Türkiyə, Rusiya, İrlandiya, Gürcüstan, İsrail, Almaniya, Hindistan və Özbəkistandan 128 idmançı mübarizə aparmışdır.
Turnirin nəticələrinə əsasən, Vadim Syomin (46 kq, Rusiya), Elnur Zeynalov (48 kq, Azərbaycan), Apa Çiva (50 kq, Hindistan), Giqa Butiya (52 kq, Gürcüstan), Fərid Mansurov (54 kq, Azərbaycan), Kobilcan Babaconov (57 kq, Özbəkistan), Artyom Yemelyanov (60 kq, Rusiya), Ulukbek Rahimov (63 kq, Özbəkistan), Tərlan Əliyev (66 kq, Azərbaycan), Murad Ağayev (70 kq, Azərbaycan), Teymur Məmmədov (75 kq, Azərbaycan), Anzor Eltiyev (80 kq, Rusiya), Hacıbaba Hacıbabayev (86 kq, Azərbaycan) fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.
Komanda hesabında Azərbaycan yığması birinci olmuşdur. Rusiya komandası ikinci, Özbəkistan millisi isə üçüncü yeri tutmuşlar.
######
![]() |
![]() |
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.05.2026 [15:52]
“Sabah” Qazaxıstan millisinin qapıçısı ilə müqaviləni yeniləyəcək
- 25.05.2026 [15:14]
İspaniya millisinin dünya çempionatı üçün heyəti açıqlanıb
- 25.05.2026 [14:43]
“Araz-Naxçıvan” qapıçısı ilə yeni müqavilə imzalayıb
- 25.05.2026 [14:34]

