Azərbaycan minifutbol millisi Avropa çempionatına ciddi hazırlaşır
Bakı, 25 may, AZƏRTAC
Slovakiyanın paytaxtı Bratislavada Avropa çempionatında iştirak edəcək Azərbaycan minifutbol millisi hazırlıqlarını davam etdirir.
AZƏRTAC xəbər verir ki, bu gün yığmanın Bakı Tennis Akademiyasının meydançasında media üçün açıq məşqi keçirilib. Məşq prosesini jurnalistlərlə yanaşı, Azərbaycan Minifutbol Federasiyasının nümayəndələri də izləyiblər.
Baş məşqçi Elşad Quliyevin rəhbərliyi altında baş tutan hazırlıq zamanı futbolçular fiziki və taktiki çalışmalar yerinə yetirib, müxtəlif oyun sxemləri üzərində işləyiblər. Komandada yüksək əhval-ruhiyyənin hökm sürdüyü müşahidə olunub.
Qeyd edək ki, Avropa çempionatı 27 may - 4 iyun tarixlərində Bratislavada keçiriləcək. Azərbaycan millisi Fransa, İtaliya və Avstriya seçmələri ilə birlikdə F qrupunda mübarizə aparacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.05.2026 [14:43]
“Araz-Naxçıvan” qapıçısı ilə yeni müqavilə imzalayıb
- 25.05.2026 [14:34]
Azərbaycan Premyer Liqasının ən sərrast futbolçusu mükafatlandırılıb
- 25.05.2026 [14:28]
Premyer Liqa klubu bombardiri ilə yollarını ayırıb
- 25.05.2026 [14:01]
Bu gün Ümumdünya Futbol Günüdür: Bu oyun sadəcə topun arxasınca qaçmaq deyil
- 25.05.2026 [13:15]
“Kəpəz” portuqaliyalı müdafiəçi ilə müqaviləni yeniləyib
KLİK Proqramı 6 ay davam edəcək
- [13:00]
Əlincə qalasında “Turan marşı”
- [12:37]
Bu saata olan əsas xəbərlər
- [12:00]