Azərbaycan Dövlət İnformasiya Agentliyi

WUF13 qlobal gündəliyin formalaşdırıldığı mühüm platforma kimi tarixə düşdü ŞƏRH

WUF13 qlobal gündəliyin formalaşdırıldığı mühüm platforma kimi tarixə düşdü  ŞƏRH

Bakı, 25 may, AZƏRTAC

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası - WUF13 təkcə beynəlxalq şəhərsalma tədbiri deyil, həm də qlobal siyasi-humanitar gündəliyin formalaşdırıldığı mühüm platforma kimi tarixə düşdü. Tədbirin yekun sənədi olan “Bakı Fəaliyyətə Çağırış” isə dünyanın şəhərsalma, postmünaqişə bərpası, məcburi köçkünlərin reinteqrasiyası və dayanıqlı şəhər inkişafı ilə bağlı yeni yanaşmaları özündə əks etdirən strateji sənəd kimi xüsusi əhəmiyyət qazandı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Nicat İsmayılov deyib.

Onun sözlərinə görə, WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun, diplomatik imkanlarının və qlobal problemlərin həllində artan rolunun növbəti təsdiqi oldu. Dünyanın 176 ölkəsindən 58 mindən artıq iştirakçının qatıldığı tədbir indiyədək keçirilmiş ən böyük Ümumdünya Şəhərsalma Forumu kimi tarixə düşdü. Bu göstərici təkcə tədbirin miqyası deyil, həm də Azərbaycanın təhlükəsiz, müasir və beynəlxalq əməkdaşlıq üçün etibarlı məkan kimi qəbul edilməsinin göstəricisidir.

“Bakı Fəaliyyətə Çağırış” sənədində Azərbaycan dövlətinə və xalqına göstərilən minnətdarlıq xüsusi diqqət çəkir. Sənəddə ölkəmizin innovativ WUF13-ə yüksək səviyyədə ev sahibliyi etməsi və nümayiş etdirdiyi səmimi qonaqpərvərlik vurğulanır. Bu məqam Azərbaycan xalqının milli-mədəni dəyərlərinin, tolerantlıq ənənələrinin və beynəlxalq əməkdaşlığa açıq siyasətinin qlobal səviyyədə etirafı kimi qiymətləndirilə bilər.

Diqqət çəkən digər mühüm məqam isə müharibə və urbisid anlayışına verilən xüsusi diqqətdir. Qeyd olunur ki, münaqişə və müharibələr məktəblər, xəstəxanalar, yaşayış evləri, ictimai infrastruktur kimi mülki obyektləri məhv etməklə yanaşı, ətraf mühitə və biomüxtəlifliyə də ciddi zərbə vurur. Bu, insanların evsiz qalmasına, qaçqın və ya məcburi köçkünə çevrilməsinə səbəb olur. Əslində bu müddəalar Azərbaycanın uzun illər ərzində üzləşdiyi reallıqların beynəlxalq səviyyədə etirafı kimi dəyərləndirilə bilər. Qarabağ bölgəsində şəhərlərin tamamilə dağıdılması, tarixi-mədəni irsin məhv edilməsi, ekoloji terror faktları və infrastruktura vurulan zərər məhz urbisidin ən açıq nümunələrindən biri idi. Sənəddə Azərbaycanın postmünaqişə dövründə bərpa sahəsində təcrübəsinin xüsusi qeyd olunması isə strateji əhəmiyyət daşıyan məqamdır. İşğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı yenidənqurma proqramları artıq beynəlxalq səviyyədə nümunə kimi qəbul edilir. Tamamilə dağıdılmış şəhər və kəndlərin “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyası əsasında yenidən qurulması, müasir infrastruktur layihələrinin həyata keçirilməsi, yaşıl enerji zonalarının yaradılması və Böyük Qayıdış Proqramı dünya üçün mühüm model hesab olunur. Münaqişədən sonra bərpa və yenidənqurma səylərinin prioritetləşdirilməsi, eləcə də məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdışının təmin olunması məqsədilə əlaqələndirilmiş yanaşmanın vacibliyi vurğulanır. Bu çağırış xüsusilə Azərbaycan üçün mühüm siyasi və humanitar əhəmiyyət daşıyır. Çünki ölkəmiz otuz ilə yaxın müddətdə milyonlarla qaçqın və məcburi köçkün problemini yaşamış, indi isə onların doğma torpaqlarına qayıdışını təmin edən irimiqyaslı dövlət proqramı həyata keçirməkdədir”, - deyə Nicat İsmayılov qeyd edib.

Siyasi şərhçi vurğulayıb ki, WUF13 çərçivəsində ilk dəfə olaraq ev sahibi ölkənin təşəbbüsü ilə keçirilən Liderlərin Bəyanatları Sessiyası beynəlxalq siyasi baxımdan xüsusi əhəmiyyət daşıdı. 27 dövlət və hökumət başçısının iştirak etdiyi bu sessiya artıq WUF13-ün sırf şəhərsalma müstəvisindən çıxaraq qlobal siyasi dialoq platformasına çevrildiyini nümayiş etdirdi. Bu təşəbbüs Azərbaycanın beynəlxalq təşkilatlar daxilində yeni diplomatik formatlar yaratmaq bacarığını və çoxtərəfli əməkdaşlığa verdiyi töhfəni ortaya qoydu. Bundan başqa, forum çərçivəsində təqdim olunan Bakı Şəhər Mükafatı da xüsusi önəm daşıyan təşəbbüslərdən biri oldu. Bu mükafat dayanıqlı şəhər inkişafı, innovativ urbanizasiya və sosial inklüzivlik sahəsində qabaqcıl təcrübələrin təşviqinə xidmət edir. Bakı Şəhər Mükafatının təsis edilməsi Azərbaycanın qlobal urbanizasiya siyasətində təşəbbüskar aktora çevrildiyini göstərir.

“WUF13 və onun yekun sənədi olan “Bakı Fəaliyyətə Çağırış” Azərbaycanın beynəlxalq siyasi çəkisini daha da artıran mühüm hadisə kimi qiymətləndirilə bilər. Sessiya göstərdi ki, Azərbaycan artıq yalnız regional enerji və nəqliyyat layihələrinin iştirakçısı deyil, həm də qlobal humanitar, urbanizasiya və postmünaqişə inkişaf siyasətlərinin formalaşmasına töhfə verən dövlətlərdən biridir.

Bu gün dünya sürətlə urbanizasiya, iqlim dəyişiklikləri, münaqişələr və miqrasiya problemləri ilə üz-üzədir. Belə bir şəraitdə Bakıdan verilən çağırış qlobal həmrəylik, dayanıqlı inkişaf və humanitar məsuliyyət prinsiplərinə əsaslanan yeni beynəlxalq əməkdaşlıq modelinin formalaşmasına xidmət edir. “Bakı Fəaliyyətə Çağırış” məhz bu baxımdan gələcəyin şəhərlərinin necə qurulacağına dair strateji yol xəritəsi olmaqla yanaşı, Azərbaycanın beynəlxalq nüfuzunun və siyasi-diplomatik imkanlarının yeni göstəricisi kimi də tarixə düşür”, - deyə Nicat İsmayılov əlavə edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib

Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib

Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar

Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır

Yasamal və Nərimanovun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Bakıda 11 marşrut xəttinin dayanacaq məntəqələri müvəqqəti dəyişdiriləcək

Həsən Seyidbəyli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Moskvaya yaxınlaşarkən vurulan dronların sayı altıya çatıb

Vuçiç: Avropa böyük bir müharibənin astanasındadır

Türkiyənin Qara dəniz sahilində ekipajsız kater məhv edilib

Bu saata olan əsas xəbərlər

İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib

Dünya əhalisinin 6 faizini təşkil edən yerli xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır

Xətai rayonunda baş verən yanğın söndürülüb - YENİLƏNİB

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilib

Aqrar sığorta üzrə müstəqil ekspert sertifikatı üçün test imtahanı təşkil edilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

İmişlidə Araz çayında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB 2

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Cənubi Qafqazda köhnə münaqişə reallığı tarixə qovuşur, yeni siyasi-iqtisadi düzən formalaşır - ŞƏRH

Qazaxıstanda sərnişin avtobusu yanıb

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

Rektor: Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşü regionda sülhün və təhlükəsizliyin təməlini qoydu

Azərbaycan-Ermənistan münasibətləri artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçir ŞƏRH

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır

Sumqayıtda yaşayış binasında yanğın söndürülüb, 6 sakin təxliyə edilib

Avqustun 10-da hava necə olacaq? - RƏSMİ PROQNOZ

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Şəhid Elcan Məmmədovun atası: O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL