Minifutbol millisinin qapıçısı: Avropa çempionatına dünya reytinqinin lideri kimi yollanırıq
Bakı, 25 may, AZƏRTAC
Turnirə ciddi hazırlıq keçmişik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək minifutbol üzrə Avropa çempionatına hazırlaşan Azərbaycan millisinin qapıçısı Vəli Qafarov jurnalistlərə açıqlamasında deyib.
O, ölkə çempionatı başa çatan kimi hazırlıqlara başladıqlarını xatırladıb: “Bu müddətdə həm yoldaşlıq görüşləri keçirdik, həm də beynəlxalq turnirdə iştirak etdik. Avropa çempionatına dünya reytinqinin lideri kimi yollanırıq. Bu status rəqiblərin bizə qarşı daha ciddi hazırlaşmasına səbəb olur. Biz də turnirə maksimum hazırlıqlı getmək üçün bütün detallara diqqət yetirmişik. Məqsədimiz uğurlu çıxış etmək və çempionluq uğrunda mübarizə aparmaqdır”.
Qapıçı rəqiblərin səviyyəsinin də yüksəldiyini qeyd edib: “Ölkəmizdə keçirilən dünya çempionatından sonra bir çox komandalar heyətlərini gücləndirib və oyun səviyyələrini artırıblar. Xüsusilə İtaliya və Fransa millilərində inkişaf hiss olunur. Ümumiyyətlə, Avropa çempionatında zəif rəqib olmur. Buna görə də bütün komandalarla görüşlərə ciddi yanaşırıq və hər matçın çətin keçəcəyini gözləyirik”.
Qeyd edək ki, Avropa çempionatı mayın 27-dən iyunun 4-dək Bratislavada təşkil olunacaq. Azərbaycan millisi F qrupunda Fransa, İtaliya və Avstriya yığmaları ilə qarşılaşacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [16:09]
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- 02.10.2026 [16:02]
Renat Dadaşov Litva ilə matçda da oynamayacaq
- 02.10.2026 [15:18]
Xankəndidə Futbol Akademiyası yaradılacaq
- 02.10.2026 [14:09]
Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar
- 02.10.2026 [12:52]
Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq
- 02.10.2026 [12:41]
AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub
- 02.10.2026 [12:12]