DÜNYA


Ukrayna ilə İsrail arasında beş ildir müzakirə edilən saziş imzalanıb

Kiyev, 22 yanvar, AZƏRTAC

Ukrayna Prezidenti Petro Poroşenkonun İsrailə rəsmi səfəri çərçivəsində 2013-cü ildən müzakirəsinə başlanılan iki ölkə arasında azad iqtisadi və ticarət zonasına dair saziş imzalanıb.

AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, sazişi Ukrayna tərəfdən imzalayan Baş nazirin birinci müavini Stepan Kubiv azad iqtisadi zonaya dair sazişin imzalanmasının ölkəsinin mallarının geniş bazarlara çıxarılması üçün əlavə imkanlar yaradacağını bildirib.

Saziş qüvvəyə mindikdən sonra Ukrayna və İsrail məhsullarının 70-80 faizinin idxalına tətbiq edilən rüsumlar aradan qaldırılacaq. Eyni zamanda, bu saziş Ukraynada sənaye istehsalının modernləşdirilməsinə və əlavə dəyərin artmasına kömək edəcək.

Qeyd edək ki, bununla da Ukraynanın azad iqtisadi zona yaratdığı ölkələrin sayı 46-ya çatıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.