REGİONLAR


Xaçmazlı fermerlər payızlıq əkinlərlə bağlı maarifləndiriliblər

Xaçmaz, 12 oktyabr, Elxan Yusifli, AZƏRTAC

Dövlət Toxum Fondunun Əkinçilik və Tərəvəzçilik Elmi-Tədqiqat institutları ilə birgə Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) təşkil etdiyi təlimlərdə yerli fermerlər payızlıq əkinlərlə bağlı maarifləndiriliblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təlimin məqsədi payızlıq əkinlərə qulluğun səmərəliliyini yüksəltmək üçün fermerləri məlumatlandırmaq, həmçinin payızlıq əkinlərə hazırlıq işləri ilə əlaqədar görüləcək aqrotexniki tədbirlərin gecikməməsi üçün mütəxəssis tövsiyələrini vermək olub.

Təlimdə Dövlət Toxum Fondunun mütəxəssisləri, Əkinçilik və Tərəvəzçilik Elmi-Tədqiqat institutlarının alimləri, bölgə fermerləri, toxumçular, təsərrüfat rəhbərləri iştirak ediblər.

Fermerlərə payızlıq taxıl səpinində aqrotexniki tədbirlərin vaxtında və düzgün aparılması, bölgədə kənd təsərrüfatı bitkilərindən yüksək məhsul alınmasını təmin edən becərmə texnologiyalarının tətbiqi və səpinin yüksək keyfiyyətlə aparılmasına nail olmaq üçün elmi nailiyyətlər barədə məlumat verilib. Bölgənin torpaq-iqlim şəraitinə uyğun sortların seçilməsi və tətbiqi, müasir torpaq becərmələri, tətbiq olunan sortlar, səpinin elmi əsaslarla aparılma qaydaları, səpin müddəti, səpin norması və s. haqqında məsləhətlər verilib.

Təlimdə fermerləri maraqlandıran suallar ətraflı cavablandırılıb və geniş müzakirələr aparılıb, maarifləndirici kitabçalar paylanılıb.

Növbəti təlim-seminarların Ağcabədi və Şəki rayonlarında keçirilməsi nəzərdə tutulub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.