REGİONLAR
Yardımlıda əhaliyə göstərilən ödənişli xidmətin ümumi həcmi 22,9 faiz artıb
Yardımlı, 28 aprel, İlkin Adıyev, AZƏRTAC
2023-cü ilin yanvar-mart ayları ərzində Yardımlıda əhaliyə göstərilən ödənişli xidmətin ümumi həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 22,9 faiz artaraq 6 milyon 298,0 min manat olub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Yardımlı Rayon Statistika İdarəsindən bildirilib.
Əhaliyə hüquqi şəxslər tərəfindən 760,7 min manatlıq, fiziki şəxslər tərəfindən isə 5 milyon 537,3 min manatlıq müxtəlif sahələr üzrə ödənişli xidmətlər göstərilib. Keçən il ilə müqayisədə məişət xidmətinin ümumi həcmi 164,0 min manat artaraq 856,0 min manat olub.
2023-ci ilin yanvar-mart hesabat dövrü ərzində əhaliyə 829,0 min manatlıq ictimai iaşə sahəsi üzrə xidmətlər göstərilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 43,9 faiz artım deməkdir.