Yardımlıda orta aylıq əməkhaqqı 5,4 faiz artıb
Yardımlı, 3 may, İlkin Adıyev, AZƏRTAC
Aprelin 1-nə Yardımlı rayonu üzrə muzdlu işçilərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,8 faiz artaraq 4403 nəfər olub. Onlardan 3581 nəfəri iqtisadiyyatın dövlət sektorunda, 822 nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Yardımlı Rayon Statistika İdarəsindən bildirilib.
Yanvar-mart ayları ərzində rayon iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,4 faiz artaraq 587,0 manata çatıb.
İqtisadiyyatın maliyyə və sığorta fəaliyyəti, dövlət idarəetməsi və müdafiə, elektrik enerjisi, qaz və buxarın istehsalı və təhsil sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.06.2026 [23:14]
Qəbələdə barama tədarükünə başlanılıb
- 17.06.2026 [21:33]
Fermerlərin xarici bazarlara çıxması üçün yeni imkanlar VİDEO
- 17.06.2026 [20:11]
Ali Məclisin komitə iclasında iki qanun layihəsi müzakirəyə çıxarılıb
- 17.06.2026 [19:20]
Xocalıda salınmış intensiv bağçılıq təsərrüfatları ilə tanışlıq
- 17.06.2026 [18:42]