İQTİSADİYYAT
® Aqil Məmiyev: “Millionaire Concept”in “Made in İtaly” markası altında fəaliyyətə başlamasından 1 il ötür
![® Aqil Məmiyev: “Millionaire Concept”in “Made in İtaly” markası altında fəaliyyətə başlamasından 1 il ötür](/files/2024/1/1200x630/1707839511131972711_1200x630.jpg)
Fevral ayının 12-də “Millionaire Concept” in “Made in İtaly” markası altında fəaliyyətə başlamasından 1 il ötür.
Lüks marketinq dünyada son illərdə sürətlə inkişaf edən bir sektor olaraq turizmin və iqtisadiyyatın çox önəmli istiqamətinə çevrilib. Dünya miqyasında lüks marketinqə olan tələbatın böyük olması investorların bu sektora diqqətini artırır. İnnovasiyaların lüks marketinqə inteqrasiyası markalaşmanın əsas faktorlardan hesab edilir. Brendləşmə və marketinq fəaliyyətlərində yüksək nəticələr əldə etmək üçün uğurlu təqdimata ehtiyac var.
Bu sahənin Azərbaycanda inkişafını uğurla həyata keçirən əsas şirkətlərdən biri “Millionaire Concept”dir. Sözügedən şirkətin təsisçisi Aqil Məmiyevin sözlərinə əsasən, rəhbərlik etdiyi şirkət və markalar bu istiqamətdə böyük layihələr reallaşdırırlar: “İllər öncə “Millionaire Concept” yaradılarkən qarşıya bu biznes platformasını dünya səviyyəsində təqdim edərək qloballaşdırmaq və onu ən prestijli markalar sırasına salaraq beynəlxalq şöhrət qazandırmaq məqsədi qoyulmuşdu. Artıq 2024-cü ildir və “Millionaire Concept” öz 5 yaşının tamamında İtaliyanın “Enterprises and Made in İtaly” nazirliyi tərəfindən qeydiyyata alınmasının 1 illiyini qeyd edir. Bəli, İtaliyadan marka patenti almış “Millionaire Concept” artıq bir Avropa brendidir. Belə ki, 5-6 iyul 2023-cü ildə tarixində İtalyanın Roma şəhərində keçirilən “Phygital Sustainability Expo” sərgisində İtaliyanın “Enterprises and Made in İtaly” naziri Mr. Adolfo Urso ilə iki ölkə arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlığı müzakirəsi zamanı “Millionaire Concept”in “Made in İtaly” markası altında fəaliyyətə başlamasını ölkələr arasında yeni körpü olacağını qeyd etmişdim”.
Bu gün “Millionaire Concept” 5 il əvvəl idea olaraq yaransa da artıq 4 ildir ki, rəsmi fəaliyyətdədir. “Lüks markalar üçün yeni nəsil marketinq” olaraq təyin olunan iş modelini həyata keçirən “Millionaire Concept” marketinq və digər markalaşma sahələrində fəaliyyət göstərir.
“Paytaxtımızda davamlı olaraq “Millionaire Concept” tərəfindən baş tutmuş layihələrdə, dünyanın müxtəlif ölkələrində Bakıya tanınmış, nüfuzlu iş adamları, investorlar, lüks marka sahibləri və idarəçiləri, məşhur influenserlər qonağımız oldu. Düşünürəm ki, turizm və iqtisadi baxımdan “Millionaire Concept”in həmin tədbiri ölkəmiz üçün çox uğurlu oldu. Ötən illərdə “Reputation Poll” adlı Londonun nəşri dünyanın ən yaxşı 10 biznes klubundan material hazırladı. Həmin siyahıda “Millionaire Concept”in adı da var idi. Azərbaycanda təsis olunan və dünyaya açılan bir markanın uğuru bizim üçün qürurverici idi.
“Millionare Concept”in İtalya brendi adı altında fəaliyyət göstərməsinin təşəbbüskarı İtalyada yaşayan iş xanımı, İtaliyada Azərbaycan İcmasının prezidenti, eyni zamanda, “Millionaire Concept”in İtalya üzrə direktoru Turan Sadiqidir. Fəxr hissi ilə deyə bilərik ki, məqsədimiz Azərbaycanda layihələrə yatırım etmək, turizm və iqtisadiyyatımızın inkişafına töhfə verməkdir”, - deyə şirkətin təsisçisi Aqil Məmiyev qeyd edib.