İQTİSADİYYAT
® “Coca-Cola”nın “Yeni İl Karvanı” Bakıya gəlir
![](/files/galleryphoto/2023/3/1200x630/17039263245517736877_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/3/1200x630/1703926324160388256_1200x630.jpeg)
Dünyanın sevilən içki brendi olan “Coca-Cola”nın məşhur “Yeni İl Karvanı” Azərbaycana səfərini Bakı şəhərində tamamlayır. Karvan öz əyləncəli şousu ilə dekabrın 30-da Bakı şəhər sakinlərinin görüşünə gəlir.
Bundan əvvəl Karvan Gəncə, Qəbələ, İsmayıllı, Lənkəran və Sumqayıt şəhərlərinin qonağı olub.
“Coca-Cola” şirkətinin rəsmisi bildirib ki, Karvan qonaqlarını musiqili və əyləncəli şou ilə qarşılayır: “Artıq bir neçə gündür Azərbaycanı şəhər-şəhər dolaşan Karvan nəhayət səfərinin sonuna çatır. “Coca-Cola” Yeni İl Karvanı ilə Bakı sakinlərinə də bayram əhvalı ötürür. İnanırıq ki, Karvanın qonağı olan hər kəs unudulmaz bayram ab-havasının şahidi olacaq”.
Bildirək ki, “Coca-Cola”nın Yeni İl kampaniyası bununla bitmir. Şirkət Nərgiz Fondunun təşkilatçılığı ilə keçirilən “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkasının da tərəfdaşlarındandır. “Coca-Cola” “Şaxta Babanın evi” və ikonik şam ağacı ilə yarmarkaya xüsusi rəng qatır.
Xatırladaq ki, 1920-ci ildə “Coca-Cola” ilk dəfə olaraq Yeni İl bayramına həsr edilmiş reklam kampaniyasına başlayıb və uzun illərdir Yeni İl “Coca-Cola” üçün xüsusi önəm daşıyır. Şirkət fəaliyyət göstərdiyi ölkələrdə bayram ərəfəsində bir sıra kampaniyalar və layihələr həyata keçirir. “Coca-Cola” Azərbaycanda da hər il Yeni İl üçün biri-birindən möhtəşəm kampaniyalar gerçəkləşdirir.