® “Kapital Bank” müştərilərin kreditini ödəyəcək
“Kapital Bank” nağd pul krediti götürən müştərilər üçün yeni “Kreditini biz ödəyək” adlı stimullaşdırıcı lotereya keçirir. Şərtlərə görə mayın 1-dən mayın 31-dək kredit götürən müştərilər avtomatik olaraq lotereyada iştirak edib, qalib ola bilərlər.
Mayın 15-i, 22-si, 29-u və iyunun 5-də keçirilən tiraj zamanı hər həftə üzrə 3 müştərinin maksimum 500 AZN olmaqla aylıq kredit ödənişi, son tirajda isə 1 müştərinin maksimum 10 min AZN olmaqla bütün kredit məbləği “Kapital Bank” tərəfindən ödəniləcək.
Rəsmi gəliri olan hər kəs “Kapital Bank”dan 300-20 min manat aralığında olan “Gündəlik tələbat krediti”ni 3 aydan 48 ayadək əldə edə bilər. Nağd pul kreditinin illik faiz dərəcəsi 19 faizdən başlayır. Ümumi kredit şərtləri barədə ətraflı - www.kapitalbank.az/loans/cash?hl=az.
Həmçinin “Kapital Bank”dan 3000 manatadək kredit götürüb ayda cəmi 99 manat ödəniş etmək mümkündür. Şərtlərə əsasən kredit zaminsiz verilə bilər və kredit götürənlərə “BirKart” hədiyyə olunur.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 99 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün “www.kapitalbank.az” saytına, “196” Sorğu mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.