Azərbaycan Dövlət İnformasiya Agentliyi

® “PAŞA Həyat” getdikcə IT şirkətinə çevriləcək - Müsahibə

®  “PAŞA Həyat” getdikcə IT şirkətinə çevriləcək -  Müsahibə

AZƏRTAC "PAŞA Həyat Sığorta" ASC-nin İdarə Heyətinin sədri Niyaz İsmayılovun ənənəvi illik geniş müsahibəsini təqdim edir.

- Hörmətli Niyaz müəllim, 2023-cü ilin sonuna “PAŞA Həyat” hansı məqsədlərinə çata bilib? Yadda qalan məqamları vurğulayardınız.

- 2023-cü il “PAŞA Həyat”ın cari strateji dövrünün sonuncu ilidir. Xüsusi qeyd etmək istərdim ki, ən uğurlu illərimizdən biri olub. İlk olaraq rəqəmlərlə bağlı demək istəyirəm - biz nəinki həyat sığortası bazarında, o cümlədən ümumi sığorta bazarında mənfəət üzrə rekord bir nəticəyə gəlib çatmışıq. Beynəlxalq Maliyyə Hesabatı Standartları (IFRS) göstəricilərinə əsasən ilin sonuna mənfəətimiz 40 milyon AZN-dən çox olacaq.

Strategiyamızın sonuncu ilinin uğurlu olmasını proqnoz edirdik, çünki 2021-2022-ci illərdə biznesimizdə xeyli işlər görülmüşdür, xüsusən də “Agile” transformasiya çərçivəsində müəyyən məhsulların inkişafı, proseslərin avtomatlaşdırılması, eləcə də Data Analitika sahəsinə kifayət qədər sərmayə qoyulmasını sadalaya bilərəm.

Ötən il bildirmişdik ki, “Agile” metodologiyasını ənənəvi struktur olan Satış departamentində tətbiq etməklə yığımlarda 25%-ə yaxın artım əldə etmişik. Ümumiyyətlə, “Agile” metodologiyasını bəzi arxa ofis strukturlarının proseslərində tətbiq etdik və nəticələr uğurlu olduğundan artıq növbəti illərdə digər strukturlarda da sözügedən metodologiya tətbiq olunacaq.

Məhsullar üzrə qeyd edə bilərəm ki, “PAŞA Həyat” cəmi 4 məhsulla təqdirəlayiq nəticələr əldə edib və ilin sonuna mənfəət üzrə yeni rekorda imza atıb. Digər könüllü növ məhsulların inkişafı istiqamətində işlərin icrası üçün laboratoriya yaradılıb və nəticə olaraq Korporativ Həyat Sığortası məhsulu üzrə 7,5 milyon AZN sığorta yığımları əldə olundu. Bu onun göstəricisidir ki, könüllü növ məhsullar üzrə inkişafın təməli artıq qoyulub və növbəti illərdə də satışların artırılmasına doğru gedəcəyik.

Həmçinin 2023-cü ildə “PAŞA Həyat” Naxçıvan nümayəndəliyinin açılışını elan etdi. Naxçıvan nümayəndəliyi portfelimizə daha çox İcbari sığorta sahəsi üzrə təsir göstərəcək, növbəti illərdə isə biz bu bölgədə digər könüllü məhsul növlərinin üzərində də işləyəcəyik.

Dövlət sahəsində ekosistemin təkmilləşdirilməsi çərçivəsində “PAŞA Həyat” və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) müvafiq sistemləri ilə inteqrasiya işlərinə başlanılıb. Bu təşəbbüs yalnız “PAŞA Həyat” tərəfindən icra olunub. Belə ki, sığorta hadisələrinin araşdırılması üçün öncə 10 gündən artıq vaxt tələb olunurdusa, indi bu prosesin icrasına 10 dəqiqə vaxt sərf olunur. Bu da öz növbəsində həm müştəri məmnuniyyətinin artmasına, həmçinin insan resurslarının optimal istifadə olunmasına dəstək olur.

Optimallaşdırmaya toxunmuşkən bunu da qeyd edim ki, biznes proseslərimizin optimizasiyası məqsədilə yeni sistemlər qurulub. Müştəri məmnuniyyəti bizim üçün birinci dərəcəli məsələdir. Yeni müştəri cəlb edilməsi zamanı satış prosesinin yerində icra edilməsini ehtiva edən Lidlərin (müştəri məlumatları) idarəolunması sisteminin (Lead Management system - LMS) bu ilin sonu icra edilərək növbəti ildən artıq fəaliyyət göstərməsi planlaşdırılır. Belə ki, satış prosesində müqavilələrin bağlanması prosesi 1 gün ərzində həyata keçirilirdisə, artıq müqavilələr həmin anda bağlanılacaq.

Müştəri məmnuniyyəti çərçivəsində Müştərilərlə Münasibətlərin idarə olunması sistemi (Customer Relationship Management - CRM) quruldu. Bu sistem vasitəsilə müştərilərin istənilən sorğularının birinci zəngdən həll edilməsini hədəfləmişik.

İnformasiya texnologiyaları və şəbəkə arxitekturası sahəsində müəyyən yol xəritəmiz var idi, cari il xəritə üzrə işləri tamamladıq. Data Anbarının (Data Warehouse) qurulması üzrə yeni strukturu müəyyən etdik. 2024-cü ildə əsas hədəflərimizdən biri yeni tətbiq olunmuş texnologiyalara artıq miqrasiya etməkdən ibarət olacaq.

Yeni sistem və texnologiyaların tətbiqi softların daha keyfiyyətli olması, səhvlərin daha az olması, resursların optimal bölgüsü, “Agile” komandalara texnoloji avtonomiyanın verilməsi və həmçinin ani sürətdə qərarların qəbul edilməsi kimi müsbət nəticələrə gətirib çıxaracaq.

Həmçinin biznes proseslərinin daha effektiv təşkil edilməsi məqsədilə Robotik Proseslərin Avtomatlaşdırılması (RPA) sistemini tətbiq etmişik. Artıq bəzi proseslər avtomatik qaydada kompüter proqramları tərəfindən icra olunur.

Qeyd etdiyim məqamlar 2023-ci il üzrə, yəni “PAŞA Həyat”ın 2021-2023 strateji dövrünün sonuncu ili üzrə əldə edilənləri ehtiva edir.

- 2021-2023 strateji dövrünüzü yekunlaşdırırsınız. Ümumi olaraq bu strateji dövr “PAŞA Həyat” üçün necə keçdi?

- Bəhs etdiyiniz strateji dövr “PAŞA Həyat” üçün Rəqəmsal transformasiya dövrü idi. Bu müddət ərzində “PAŞA Həyat”da rəqəmsallaşma, proses optimizasiyaları, innovasiyalar üzrə çoxsaylı işlər görüldü. Mənimlə hər il keçirilən müsahibələrdə sözügedən təşəbbüslərlə bağlı ətraflı məlumat paylaşmışdım.

Növbəti strateji dövrdə minimum resursla maksimum gəlir əldə edilməsini hədəfləmişik. Bu o deməkdir ki, rəqəmsallaşma üzrə daha da çox işlər görəcəyik, bazar tələbatına və mühitinə, müştəri ehtiyaclarına uyğun olaraq təkmilləşəcəyik. Burada əsas məsələ təməl sistemin qoyulması idi və bu da 2021-2023 strateji dövründə artıq icra olunub.

Belə ki, növbəti strateji dövrdə minimum resursla göstəricilərimiz üzrə rəqəmləri maksimum artırmaqla deyə bilərəm ki, “PAŞA Həyat” getdikcə bir IT şirkətinə çevriləcək.

- Bilirik ki, PAŞA Həyat’da şirkətdaxili mədəniyyətə xüsusi fikir verilir. Bu, biznesə necə təsir göstərir?

- Bəli, şirkətdaxili mədəniyyət biznes üçün çox önəmlidir. “PAŞA Həyat” bazarda çox azsaylı şirkətlərdəndir ki, İşçi Bağlılığı (Employee Engagement) layihəsini icra edib. Öncəki müsahibələrimdə korporativ mədəniyyətin, sağlam iş mühitinin dərəcəsini müəyyən edən Təşkilati Sağlamlıq indeksini ölçməyimizi qeyd etmişdim. Bu sorğu ilə şirkətdaxili mühitin və mədəniyyətin nə qədər sağlam olduğunu aydınlaşdırırıq. Şirkətdə sağlam mühitin formalaşması onun uğuruna düz mütənasibdir. İndi isə, layihə çərçivəsində keçirdiyimiz “Employee Engagement” sorğusu vasitəsi ilə biz daha detallı, öncədən görmədiyimiz məqamları da müəyyən edə bildik. Sorğunun nəticələri əsasında İdarə Heyəti üzvlərinin iştirakı ilə kurasiya üzrə vorkşoplar keçirilir, müəyyən edilmiş problemlər üzrə öhdəliklər götürülür.

Həmçinin Patrik Lensioniyə görə bir şirkətə təsir göstərə biləcək “Komandanın 5 Disfunksiyası” yanaşması üzrə layihəni həyata keçirdik. Bu layihə İdarə Heyəti üzvləri arasında icra olundu və geribildirim mədəniyyətinin inkişafı, komanda şəklində daha effektiv işləmə yönündə töhfə vermiş oldu. Nəzərdə tutulur ki, növbəti strateji dövrdə bu yanaşma artıq strukturlarda da tətbiq olunacaq.

Beləliklə, şirkətdə sağlam mühitin və sağlam mədəniyyətin yaradılması vacib bir vasitədir. Bunsuz heç bir nailiyyətdən danışmaq olmaz.

- Bildiyimiz qədər şirkətdə əməkdaşların inkişafına da çox böyük önəm verilir. Bir peşəkardan gözləntiniz nədir?

- Növbəti strateji dövrdə böyük və prioritetdə olan təşəbbüslərimizdən biri İstedadların İnteqrasiyası layihəsidir. Bu layihə çərçivəsində biz işəqəbul sistemində yeni metodologiyalar tətbiq edəcəyik, o cümlədən İstedadların formalaşması naminə rəhbər şəxslərdə yeni kompetensiyaların üzərində işləniləcək və təkrar qiymətləndirmələr həyata keçiriləcək, buna əsasən də müvafiq əməkdaşlar üzrə inkişaf proqramları tətbiq olunacaq. Növbəti strateji dövrün ambisiyalı hədəflərinin həyata keçirilməsi üçün İstedadların olması vacibdir, çünki minimum resursla maksimum gəlir əldə etmək İstedadların sayəsində mümkün ola bilər, həmçinin İstedadların olması sağlam biznes mühitinə də təkan verəcək.

- Şirkət olaraq bazarda katalizator və yenilikçi şirkət olmağı məqsəd qoymusunuz. Buna necə nail olmağı düşünürsünüz?

- Bəli, bu məqsədə çatmaq üçün şirkətdə bəzi istiqamətlər üzrə daha da təkmilləşməyi hədəfləmişik. Bu istiqamətlərdən biri Müştəri Təcrübəsidir (Customer Experience). Müştəri təcrübəsi - müştərinin bizim şirkətlə ilk tanış olduğu andan etibarən və bütün növbəti dövr ərzində ehtiyaclarına uyğun olaraq keçdiyi təcrübəni əhatə edir. Müştəri təcrübəsi (CX) transformasiyası artıq biznes dünyasında rəqabətdə üstünlük əldə etmək üçün ən vacib alətlərdən biri halına gəlib. Çünki hazırda texnologiyanın inkişafı ilə müştərilərin tələbləri də artıb: onlar məhsuldan sadəlik, rahatlıq və sürət gözləyirlər, yüksək xidmət və onların ehtiyaclarını qarşılayacaq məhsullar gözləyirlər.

Digər istiqamətlərdən biri isə Data mədəniyyətinin formalaşması - məlumatlara əsaslanan qərarların verilməsi; şirkətimizdə Satış və arxa ofisdə tətbiq olunan “Agile” metodologiya; İnnovasiya - innovativ mühitin daxildə yaradılması, əməkdaşları yeni ideyaların və məhsulların üzərində işləməsinə sövq edilməsi bizim “PAŞA Həyat” olaraq bazarda katalizator rolunu oynamağımız üçün icra olunan hədəflərdəndir.

- Yeni strateji dövrə keçid edirsiniz. Növbəti il üçün hədəfləriniz nədir? Şirkət baxışında dəyişiklik olacaqmı?

- Bəzi təşəbbüslər haqda danışdım, lakin bir şeyi qeyd edim ki, bütün bu sadalanan addımlar xüsusi yanaşma çərçivəsində həyata keçiriləcək. Bu yanaşmanı biz 3 mühüm məqam əsasında formalaşdırmışıq - bizi ruhlandıran hədəf, güclü tərəfimiz və bunlara əsaslanan iqtisadi modelimiz. Yəni “PAŞA Həyat” olaraq müştəriyə göstərilən ideal xidmətdən həzz alırıq, güclü tərəfimizin Müştəri Təcrübəsi olduğuna inanırıq və bütün təşəbbüslər bu iqtisadi model üzərində artıq qurulub. Bu iqtisadi modeldə biznes fəaliyyətini ölçmək üçün bir işçiyə düşən gəlir hesablanacaq.

- Gələcəkdə həyat sığortası bazarının hansı istiqamətdə inkişaf edəcəyini proqnozlaşdırırsınız?

- Son vaxtlar requlyatorun (Mərkəzi Bankın) apardığı yeni təşəbbüslər nəticəsində ümumi sığorta bazarının işkişafına çox böyük inamım var, çünki requlyatorun özü bazarın inkişafında və maliyyə sabitliyinin təmin edilməsində çox proaktivdir - sıx konskturktiv müzakirələrin olması, bütün müraciətlərin sürətli cavablandırılması bunun bariz göstəricisidir.

Əlavə olaraq digər bir müsbət məqamı da vurğulayım ki, requlyatorun təşəbbüsü ilə banklar və sığorta sahəsi tarixində ilk dəfə olaraq Bank-Sığorta modeli yaradılmışdır. Azərbaycan Sığortaçılar Assosasiyası və Azərbaycan Banklar Assosiasiyasının birgə əməkdaşlığı çərçivəsində vahid işçi qrupu yaradılmışdır və bank kanalları vasitəsilə satışlar həyata keçirilməsi üçün işlər planı hazırlanıb. Bu öz növbəsində sığorta mədəniyyətinin artımına dəstək olacaq, həmçinin könüllü növ məhsulların inkişafında da bilavasitə rol oynayacaq.

- Şirkətin cari il üçün Korporativ Sosial Məsuliyyət (KSM) təşəbbüsləri haqqında ümumi məlumat verə bilərsinizmi?

- Əlbəttə. Korporativ Sosial Məsuliyyətə sadiqliyimiz şirkətimizin dəyərlərinin təməl daşı olaraq qalır və mən bu il KSM təşəbbüslərimizdən bəzi əsas məqamları bölüşmək istərdim. Cari ildə diqqətimiz üç əsas sahəyə yönəlmişdir: cəmiyyətimizdə müvafiq sahələrə dəstək olmaq, mədəni irsi qorumaq və idmanın inkişafına töhfə vermək.

Birincisi, biz fəaliyyət göstərdiyimiz cəmiyyətləri dəstəkləmək üçün səylərimizi davam etdirmişik. Bayramlar ərəfəsində Beynəlxalq Qızıl Aypara cəmiyyəti ilə birgə əhalinin bütün təbəqələrini diqqət mərkəzində saxlayaraq sosial aksiyalar keçirmişik və buna görə "Fəxri fərman"la təltif olunmuşuq. Şəhid övladlarını daim diqqətdə saxlayaraq uşaqların parlaq gələcəyi naminə “PAŞA Sığorta” ilə birgə Naxçıvanda bütün muxtar respublikanın qazi və şəhid övladları üçün 1 iyun tarixində xüsusi tədbir həyata keçirmişik. Bundan savayı, bu il 300-dən çox şəhid övladı üçün "YAŞAT" düşərgəsinin təşkilində dəstək olmuşuq.

Həmçinin cari ildə “PAŞA Həyat” idman inkişafına dəstək verərək Səbail PFK və Azərbaycan Boks Federasiyası ilə tərəfdaşlıq etməyə başlayıb, Sumqayıt FK ilə isə 8 ilə yaxındır ki, artıq tərəfdaşıq. Mədəni irsə olan töhfəmizdən isə qeyd edim ki, PAŞA Həyat 10 ildən çoxdur ki, İRS Nəşriyyat evi ilə birgə əməkdaşlıq edir və Azərbaycan tarixinə və mədəniyyətinə aid beynəlxalq miqyaslı kitablar nəşr edir. Bu il yeni kitablarımızın -"Gizli ölüm toxumları", “Dirçəliş. Başlanğıc””, türk dilində olan “Şuşa. Eziz şehir”, “Şirvanşahların minilliyi”, “Kəlam və Fırça” həm Azərbaycanda, Türkiyədə, həm də İtaliyada təqdimatlarını həyata keçirdik.

- Təşəkkür edirik, Niyaz müəllim. Sonda əlavə nə demək istədiyiniz?

- Builki nailiyyətləri yekunlaşdıraraq fədakar komandamıza, sadiq müştərilərimizə və dəyərli tərəfdaşlarımıza dərin təşəkkürümü bildirmək istəyirəm. Biz birlikdə mühüm uğurlara imza atmışıq və Sizin inamınız bizim uğurumuzun təməl daşı olub. Səyahətimizdə iştirak etdiyiniz üçün təşəkkür edirik. Qarşıdan daha bir rifah və ümumi uğur dolu il gəlir.

Mən hər kəsi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edir, həmrəyliyimizin daim yüksək səviyyədə olmasını arzu edirəm. Həmçinin Yeni il bayramı münasibətilə də həmvətənlərimizi təbrik edirəm! Qoy Yeni il hamımız üçün sevinc, uğurlar və yeni imkanlarla dolu olsun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

Daimi Nümayəndəlik: TRIPP regional ticarət və iqtisadi inteqrasiya üçün yeni imkanlar açacaq

Azərbaycan BMT-də irqi ayrı-seçkiliyi təşviq edən təşkilatların qadağan edilməsinə çağırıb

İstanbulda çökən binanın dağıntıları altında iki nəfərin axtarışları davam edir

Tramp İlon Maskı elmi nailiyyətlərinə görə mükafatlandırıb

Vitkoff və Kuşner Ukrayna nümayəndə heyəti ilə görüşəcəklər

Fransada məktəb etirazları zamanı 500-dən çox insan saxlanılıb

ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib

Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb

Alman rejissor: Biz Azərbaycanın özünəməxsus səsini və ruhunu musiqi vasitəsilə göstərmək istədik

Üzgüçülük və digər su idman növlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib

“Kosmik hava: kritik infrastruktur üçün təhlükələr və proqnozlaşdırma problemləri” – ustad dərsi

Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

Frankfurt sərgisi çərçivəsində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib

Fəxrim Quluzadə: Yeni nəsil memarlara akustik komfort prinsiplərini öyrətmək vacibdir

Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək

Böyük Britaniya məhkəməsi Endryunun evlərində aparılan axtarışları qanunsuz hesab edib

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır ŞƏRH

Cəbrayılda 2-ci mina partlayıb, bu gün yaralanmış şəxsin atası xəsarət alıb – YENİLƏNİB

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb

Fransada asayiş əməliyyatlarında xüsusi vasitələrdən istifadə edilməsi gündəmdədir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb

Naxçıvanda yeni investisiya layihələrinin reallaşdırılması imkanları müzakirə olunub

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

Qazaxıstanlı ekspert: TRIPP Naxçıvan vasitəsilə Orta Dəhlizin imkanlarını genişləndirəcək

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib

Ceyd Makkeyb: Qarabağda dağıntıların və bərpa-quruculuq işlərinin şahidi olduq

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Tramp administrasiyası “Microsoft”un xarici işçilər üçün “Green Card” müraciətlərini dayandırır

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Azərbaycan Milli İncəsənət Muzeyində “Əksetmə” adlı fotosərgi açılıb

Azərbaycanın Mərkəzi Asiya ilə yeni strateji xəritəsi - ŞƏRH

ADPU-da magistr dissertasiyalarının keyfiyyətinin artırılması prioritetlər sırasındadır

Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir

Şəmkirdə bazarda nöqsanlar aşkarlanıb

NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır -  REPORTAJ  VİDEO

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır - REPORTAJ VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci medalını qazanaraq tarixi rekorda imza atıb

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü: Rəsmi Bakı diqqət mərkəzində - TƏHLİL

Neft qiymətləri yenidən kəskin yüksəlib

Şahbuzda vətəndaşların kənd təsərrüfatı ilə bağlı müraciətləri dinlənilib, təsərrüfatlara baxış keçirilib

Xaçmazda qəhvəyi mərmər bağacığının qışlama dövrü ilə əlaqədar kompleks mübarizə tədbirləri görülür

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

AzTU-da Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin “LIFT UP” proqramı təqdim edilib

Maliyyə Monitorinq Xidmətinin hüquq-mühafizə orqanlarına göndərdiyi məlumatların sayı 30 faiz artıb

Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib

Leysan olacaq, dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

“Dəfn yerlərindən identifikasiyaya: Milli yanaşmalar və qabaqcıl təcrübələr” - Panel sessiya

İncəsənət məktəblərinə direktor və direktor müavini vəzifələri üzrə müsahibələrin vaxtı açıqlanıb

Maliyyə Monitorinq Xidmətinə 20 ölkənin xarici maliyyə kəşfiyyatı orqanından 32 sorğu daxil olub

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında inteqrasiya qeyri-neft ixracı və rəqəmsallaşma üzrə yeni mərhələyə keçir – ŞƏRH

Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL

“Akustik Qrup”un baş direktoru: Bakı müxtəlif regionlardan mütəxəssisləri bir araya gətirmək üçün əlverişli məkandır

Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

Fərid Bağırov: Gənclərin birgə yaradıcılığı inklüzivliyin gücünü göstərəcək

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi –  ŞƏRH  VİDEO

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi – ŞƏRH VİDEO

TÜRKPA-ya üzv dövlətlər arasında vahid informasiya məkanının yaradılması diqqət mərkəzində

Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni

Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində yeni müraciətlərin qəbuluna start verilib

ADAU-da 2026–2030-cu illər üzrə strateji inkişaf planına dair təlimlərə başlanılıb

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib

Gəncənin mədəni irsi gənclərin gözü ilə: Nizami Gəncəvinin 885 illik yubiley forumu

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Gəncə ilk dəfə voleybol festivalına ev sahibliyi edir

BMU tələbələrinə “4Sİ Akademiyası - Milli Proqram”ın imkanları barədə məlumat verilib

“Tərsinə irəliləyən zaman” inklüziv tamaşası qrant müsabiqəsinin qalibi olub

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq

Maliyyə Monitorinq Xidmətində qeydiyyatdan keçən öhdəlik daşıyan şəxslərin sayı 48,3 faiz artıb

Növbəti seminar - “Dilimiz milli-mədəni kimliyimizin təməlidir”

Azərbaycanda süni intellekt sahəsində hüquqi və institusional çərçivə formalaşdırılır

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Aqrar sahənin hüquqi bazası möhkəmlənir: sahibkarlar yeni qanun layihəsini necə qiymətləndirir?

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Düşənbədə “ŞƏT-in nəqliyyat və logistikası” beynəlxalq sərgisi keçiriləcək

Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq

Dünya Bankı ilə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları dəyərləndirilib

Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb

® “Yango Group”un biznesin inkişafı üzrə direktoru: Bu gün regionda 20 milyondan çox insan məhsullarımızdan istifadə edir

“Azərkosmos” peyk və 5G texnologiyalarının inteqrasiyası ilə bağlı vörkşop təşkil edib

“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb

“Zəfər yolçuları”: Qəhrəmanlıq dastanını gələcək nəsillərə daşıyan yeni nəşr

Azərbaycanda 150 kilovatdan yuxarı bərpaolunan enerji layihələrinin inkişafı üçün yeni layihəyə start verilib

Qara dənizdə PUA ilə vurulan gəmidə 10 nəfər itkin düşüb