® Təhlükəsizliyinizi işin peşəkarlarına əmanət edin
“Tornado-Ş” mühafizə şirkəti mühafizə işlərini peşəkarcasına yerinə yetirdiyinə görə öz sahəsində birinciliyi qoruyur. Peşəkar əməkdaşlardan ibarət komanda təhlükəsizlik işlərini yüksək səviyyədə həyata keçirir.
Neft-qaz, tikinti, bank, səhiyyə, gözəllik, aqrar-istixana sahəsi daxil olmaqla, ümumilikdə şirkətin 40-dan çox layihəsi var. Bu layihələrin hər birində xanım və bəy əməkdaşları mühafizə işlərini həyata keçirir. Həmçinin aprel ayının əvvəlindən yeni layihəyə imza atılıb. Bu layihədə hazırda tikinti işləri yekunlaşmaqda olan “Baku Towers”in təhlükəsizlik işləri “Tornado-Ş” şirkətinə həvalə edilib.
Bundan əlavə, şirkətin ümumilikdə layihələri və yeni əməkdaşların işə qəbulu davam edir. İlk olaraq, əməkdaşlara beynəlxalq təcrübəyə əsaslanan formatda mühitə uyğunlaşması üçün xüsusi təlim keçirilir. Beləliklə, onların hər biri öz sahələri haqqında yerli və beynəlxalq təcrübəyə sahib olurlar və nəticədə keyfiyyətli mühafizə işi təşkil olunur.