® “Galaxy” təqdimatı
Yeni dünyanı Azərbaycanın tanınmış simaları ilə aç
DJ Tural, Orxan Aslanov, Taleh Yüzbəyov, Çingiz Mustafayev, DJ Fateh və başqalarını nə bağlayır?
Sözü gedən məşhurları, xüsusi olaraq Azərbaycan üçün təşkil edilmiş mobil cihazların yeni formatlı təqdimatı - “Galaxy Unpacked” birləşdirir. Tanınmış simalar, məşhurlar və ölkəmizin sevimliləri ən çox müzakirə olunan “Samsung” məhsullarının icmalını bizlərə öz nəzər prizmalarından təqdim edəcəklər.
Həmişə olduğu kimi, bu il üçün yeni cihazlar açıqlanaraq, onların ətraflı təhlili təqdim olunacaq. Məlumdur ki, tədbir sentyabrın 15-də baş tutacaq, bu yaxınlarda paylaşılan afişada isə, ölkəmizin məşhurlarının adı çəkilir. Qeyd edilənlərin arasında “Galaxy Unpacked Event”in şərhçisi və saysız “Samsung” məhsullarının icmalının müəllifi DJ Tural da göstərilib. Beləliklə, tədbir bizlərə tanış səs sədalarının altında, üstün performans söz verir. Tədbirin qonaqları arasında Taleh Yüzbəyov və Əlixan Rəcəbov da var, düşünürəm ki, tamaşaçıların sevimliləri tədbirə bir başqa ab-hava qatacaq. “Samsung” məhsullarının əsas pərəstişkarlarından olan Orxan Aslanov da bu siyahıda yer alıb. Fotoqrafın hər zaman öz qeyri-adi yanaşması ilə seçilməsi səbəbindən onun təqdimatında icmal dinləmək mütləq maraqlı olacaq.
Təqdimatda iki istedadlı ifaçı, Hiss və Çingiz Mustafayevlə də görüşəcəyik. Gənc istedadlar “Samsung”un yeni mobil cihazlarını gənc nəslin istək və ehtiyaclarını əks etdirən tamamilə fərqli bir işıqda təqdim edəcəklər.
Radio dinləyicilərinin sevimlisi, hər səhərimizi onun səsi ilə başladığımız - DJ Fateh də burada iştirak edəcək. Həmçinin tədbirdə bənzərsiz və parlaq, moda, dizayn və trendlər haqqında bütün incəlikləri bilən - Elnarə de Birbuet qonaq olacaq.
Tədbirin aparıcı tərkibi olduqca maraqlıdır, əminəm ki, “Samsung” məhsullarının pərəstişkarları tədbirdən həqiqətən zövq alacaqlar.
Xatırladaq ki, ilin əvvəlindən istehsalçının bu ilin yeniliklərini təqdim etdiyi bir neçə “Galaxy Unpacked” tədbiri artıq baş tutub. Şirkətin bütün yeni cihazlarını birləşdirən əsas məqam kompaktlıq və multifunksionallıqdır. İstehlakçıların istək və ehtiyaclarını dinləyən “Samsung”, iş və ev arasındakı sərhədin demək olar ki, yox olduğu və yeni bir həyat tərzi yarandığı şəraitdə, mövcud reallığımızı daha yaxşı əks etdirən məhsulları təqdim edir.
“Galaxy” cihazlarının əsas üstünlüyü, həm iş, həm də sosial şəbəkələrin imkanlarından daha rahat istifadə etmək və özünüzü daha dolğun ifadəyə kömək etmək üçün hazırlanıb. “Samsung” üçün hər bir istifadəçi vacibdir. Bu səbəbdən də, istehlakçılarının istəklərini dinləyən şirkət hər il yeni cihazlar yaradaraq, texnika və texnologiya bazarında mövcud trendləri diktə edir.
Odur ki, sentyabrın 15-də Bakı vaxtı ilə 20:00-da tədbirə qoşulmağı unutmayın.