"Aqrar Təhsilli Gənclər üçün Karyera Planlaması" layihəsi yekunlaşıb
Gəncə, 3 mart, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetində “Aqrar Təhsilli Gənclər üçün Karyera Planlaması” layihəsini uğurla başa vuran tələbə və məzunlarla görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüş iştirakçılarına layihənin keçirilməsində məqsədin gənclərin aqrar sahədə məşğulluq imkanlarının artırılması, bu sahə üzrə mütəxəssis hazırlığının rolunun müxtəlif yollarla çatdırılması, kənd təsərrüfatı təyinatlı ixtisasların tələbə və məzunlarının əmək bazarına uyğun hazırlanması və bu kimi bütün ümumi məsələlərin həllinə nail olmaqdan ibarət olduğu bildirilib.
Sonda layihəni uğurla başa vuran gənclər sertifikatlarla təltif olunub.
Qeyd edək ki, layihə iştirakçıları bir il ərzində ödənişsiz karyera məsləhəti ala biləcəklər.