Azərbaycan Dövlət İnformasiya Agentliyi

"Britaniya dilemması": qlobal siyasət üçün mürəkkəb problem

"Britaniya dilemması": qlobal siyasət üçün mürəkkəb problem

Avropada böyük səs-küy var. Britaniyalıların Avropa İttifaqını tərk etməyə səs verməsi bütün nəzəri və siyasi analizləri alt-üst edib. Sosioloqlar belə Qərb cəmiyyətlərində gedən real proseslərin dəqiq mənzərəsini yarada bilməyiblər və proqnozları boşa çıxıb. Mütəxəssislər bunu indi açıq yazırlar (bax: məs., Фёдор Лукьянов. Выход есть. Что означают итоги "Брексита" для Лондона, Евросоюза и мировой политики / "globalaffairs.ru", 24 iyun 2016).

KİV isə bütün diqqətini demək olar ki, bir suala cavab axtarmağa yönəldib - bundan sonra nə olacaq? Etiraf edək ki, Qərbdə bu suala cavab axtarışı səmərəli məşğuliyyətə oxşamır. Çünki Britaniyanın İttifaqı tərk etməsinə qədərki vəziyyəti lazımi səviyyədə analiz olunsaydı, indi yuxarıdakı sualı qoymağa ehtiyac qalmazdı.

Hər şey bitəndən sonra analitiklər, ekspertlər və mütəxəssislər çoxlu sayda səbəb göstərirlər. Siyasi, iqtisadi, sosioloji, mədəni, ekoloji, hərbi və sair amillərin britaniyalıların qərarına təsir etdiyini yazırlar. Bəs bütün bunları "nüfuzlu Qərb analitikləri və alimləri" bilmirdilər?

Hətta siyasilər belə özlərini şoka düşmüş kimi aparırlar. Axı, Qərbin "çoxbilmiş" liderləri başqa dövlətlərə ağıl öyrətməyə çalışırlar, özlərini hər şeyi daha doğru bilən siyasi xadimlər kimi göstərirlər. Nə oldu? Burnunuzun ucunda, qulağınızın dibində britaniyalı seçicinin əhval-ruhiyyəsindən xəbərsiz idiniz və indi heyrətlə "belə olmaz" deyirsiniz?!

Ekspertlər yazırlar ki, D.Kemeron öz partiyasında avroskeptikləri nəzarət altına almaq üçün referendum oyununa getdi, ancaq "ölkənin gələcək taleyini qumara qoydu" (bax: Philip Stephens. Brexit: a vote that changes everything / "The Financial Times", 24 iyun 2016).

Əslində, Britaniya üçün hadisələr xeyli öncə başlayıb. Hələ 1973-cü ildən bu ölkənin Aİ-dən çıxması məsələsi qaldırılıbmış. Onu deyək ki, bu təşkilat yaradılarkən, Şarl dö Qoll ingilisləri quruma daxil etməməkdə israrlı olub. Fransanın xilaskarının fikrincə, Böyük Britaniya tarixi iddiası ilə Aİ-yə uyğun gəlmir. Lakin o zaman Qərb üçün "alman məsələsi"ni həll etmək daha vacib idi və bunu Londonsuz etmək mümkün deyildi.

Görünür, Ş.de Qoll haqlı imiş, çünki hələ Britaniya Aİ-yə daxil olduğu 1973-cü ildən onun təşkilatı tərk etməsi haqqında danışıldı. Bu israrın nəticəsidir ki, 1975-ci ilin iyun ayında Böyük Britaniyada referendum keçirildi və o zaman seçicilərin 67,2 faizi İttifaqda qalmağa tərəfdar oldu.

Maraqlıdır ki, İngiltərə Aİ-də xüsusi imtiyazlara malik ola-ola bu cür davranıb. London təşkilatın böyük inteqrasiya layihələrində iştirak etmir, Avrozonaya daxil deyil, Şengen sazişini imzalamayıb, miqrant məsələsində sərbəst davrana bilir və s. Bəs səbəb nədir?

Əvvəlcə onu qeyd edək ki, "Brexit"in lehinə səs verənlər 52 faiz təşkil edib. 48 faiz ölkənin Avropa İttifaqında qalmasına tərəfdar olub. Bundan əlavə, Uels və İngiltərədə təşkilatdan çıxmağı doğru sayanlar çox olub. Şotlandiya və Şimali İrlandiya isə Aİ-yə üzv olmağa səs veriblər. London başda olmaqla (burada seçicilərin 60 faizi Aİ-yə "hə" deyib) böyük şəhərlərdə insanlar Avropa İttifaqında qalmağı üstün sayıb, əyalətlərdə isə əksinə. Demoqrafik göstəriciyə görə, yaşlılar Aİ-də qalmağa "yox", gənclər isə "hə" cavabını veriblər.

Bunlardan mütəxəssislər aşağıdakı nəticələri çıxarırlar: Böyük Britaniya əhalisi qloballaşmaya ziddiyyətli münasibət göstərirlər - meqapolisdə həyatı daha komfort keçənlər bu prosesdən razıdırlar, əyalətlərdə isə əksinə; şəhərlə kənd arasında fərqlər hiss ediləcək dərəcədədir; ayrı-ayrı regionlarda ictimai rəy üst-üstə düşmür; yeni nəsil ingilislər daha çox avropalıdırlar ki, bu da ölkədə nəsillərarası fikir ayrılığının göstəricisidir.

Deməli, yekunda kəmiyyət baxımından fərqin elə də çox olmamasına baxmayaraq, Böyük Britaniya cəmiyyəti bölünüb, monolitliyini itirib. Bunun hansı nəticələr verə biləcəyi barədə ekspertlər ehtiyatla danışırlar. Mümkündür ki, Böyük Britaniyanın özü parçalansın - Şotlandiya və Şimali İrlandiya ayrıla bilərlər.

Lakin "Brexit"in təsiri yalnız bunlarla məhdudlaşmır. Artıq informasiyalar yayılır ki, digər ölkələr də eyni məzmunda referendum keçirə bilər. Onların sırasında Fransa, Hollandiya, Avstriya, Macarıstan, Finlandiyanın adı çəkilir (bax: СМИ сообщили о возможности выхода из ЕС еще пяти стран / "vzglyad.ru", 24 iyun 2016). Bəzi ekspertlər bu sıraya Almaniya və İtaliyanı da daxil edirlər. Bütün hallarda bir sıra siyasilərin dediyi kimi, "Aİ-də "domino effekti"nin yaranması" istisna edilmir.

Görünür, bu səbəbdəndir ki, Aİ-ni yaradan ölkələrin xarici işlər nazirləri Berlində toplaşaraq, Londonun çevik surətdə təşkilatdan çıxmasını tələb ediblər (bax: Главы МИД шести стран - основателей ЕС призвали Лондон поспешить / "Радио Свобода", 25 iyun 2016). Kansler A.Merkel bir qədər yumşaq davranmağı məsləhət bilsə də, nazirlər fikirlərindən dönməyiblər. Üstəlik, onlar Böyük Britaniyanın bir daha İttifaqa üzv olmasına qadağa qoyulmasını istəyiblər.

Bunların fonunda Vaşinqton və Tokio təəssüf hissi keçirdiklərini bildiriblər, eyni zamanda, britaniyalıların seçiminə hörmətlə yanaşdıqlarını da bəyanlayıblar. ABŞ Londonla ən yaxın əlaqələrə davam edəcəyini bildirib. Xarici ölkələrdən daha çox Rusiyanı "Brexit"in nəticəsinə təsir göstərməkdə qınayıblar. Bu barədə D.Kemeron və İngiltərənin xarici işlər naziri F.Hammond fikir bildiriblər (bax: Глава МИД Великобритании: Brexit принесет некоторое облегчение Путину / "EADaily", 24 iyun 2016).

ABŞ-ın Rusiyadakı keçmiş səfiri M.Makfol "Putin qalib gəldi" kimi ifadə işlədib (bax: Реакция на Brexit: страшный сон Европы и "победа Путина" / "vesti.ru", 24 iyun 2016). Amerikada prezidentliyə namizəd D.Tramp isə Britaniyanın aldığı qərarı alqışlayaraq "britaniyalılar ölkəni özlərinə qaytardılar", - deyib (bax: əvvəlki mənbəyə).

Rusiya prezidenti isə bütün bunları "siyasi naşılıq" kimi qiymətləndirib, eyni zamanda, Britaniyanın Aİ-ni tərk etməsinin bütün dünya siyasətinə təsir edəcəyini də vurğulayıb (bax: Чего ждать России после Brexit: Путин прокомментировал итоги референдума / "РИА Новости", 24 iyun 2016).

Yuxarıda qeyd edilənlər Avropanın müasir tarixində sözün həqiqi mənasında əhəmiyyətli hadisənin baş verdiyini göstərir. Böyük Britaniyanın Aİ-ni tərk etmək qərarı ölkə daxilində, Avropa qitəsində və bütövlükdə dünyada ciddi geosiyasi, iqtisadi, siyasi və ideoloji proseslərin getdiyini göstərir. Britaniyalılar gözlənilməz səs verməklə bu faktın real olduğunu hər kəsə anlatdılar. Nəticədə, Böyük Britaniyanın özü dövlət kimi yeniləşə, o cümlədən torpaqların bir hissəsi ondan ayrıla bilər. Bu da avtomatik olaraq Avropanın digər ölkələrində, məsələn, İspaniyada Kataloniya məsələsini aktuallaşdırar. Deməli, "Brexit" Avropada millətçi-separatist tendensiyaya yeni nəfəs verə bilər.

Başqa mühüm məqam ondan ibarətdir ki, Aİ-yə üzv olan digər ölkələrdə analoji proses başlaya bilər. Onlardan konkret hansının bu prosesə qoşula biləcəyini demək çətindir, ancaq bu, ümumi bir tendensiyadır. Bunun əyani təsdiqi kimi Aİ daxilində ciddi iqtisadi-maliyyə problemlərinin olmasını göstərmək olar. Vaşinqton İqtisadi və Siyasi Tədqiqatlar Mərkəzinin direktoru M.Vaybort "Brexit"in əsas səbəbinin yarım əsrdən çoxdur ki, Aİ-də aparılan yanlış siyasi və iqtisadi kurs olduğunu göstərib. Konkret olaraq, o, təşkilat daxilində "bir iqtisadi acizliyin olduğunu" deyib (bax: Эксперт: Brexit выявил в ЕС политику экономической беспомощности / "РИА Новости", 24 iyun 2016).

Nəhayət, ekspertlərə görə, Böyük Britaniyanın Aİ-dən çıxması qlobal siyasətdə əhəmiyyətli dəyişiklikliyə səbəb olar: birincisi, ABŞ-ın Avropaya təsiri yüksələ bilər; ikincisi, Rusiya Qərb siyasətində yeni manevr imkanları əldə edər; üçüncüsü, Çin Aİ ilə münasibətlərin inkişafı üçün əlavə şans qazanar; dördüncüsü, Türkiyə daha müstəqil siyasət yeritməyə tam haqqı olduğunu nümayiş etdirər. Ankara artıq özünün də Aİ ilə münasibətlərinə aid referendum keçirə biləcəyinə işarə verib.

Bütün bunlarla yanaşı, ən maraqlı və aktual məsələ Aİ-nin gələcək taleyi ilə bağlıdır. Şübhə yoxdur ki, təşkilat siyasi, iqtisadi və mədəniyyət aspektlərində yol ayrıcındadır. Lakin buradan onun hansı istiqamətdə gedəcəyi bəlli deyil. Ən vacib məsələ də məhz bundan ibarətdir.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

NYT: Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

Daimi Nümayəndəlik: TRIPP regional ticarət və iqtisadi inteqrasiya üçün yeni imkanlar açacaq

Azərbaycan BMT-də irqi ayrı-seçkiliyi təşviq edən təşkilatların qadağan edilməsinə çağırıb

İstanbulda çökən binanın dağıntıları altında iki nəfərin axtarışları davam edir

Tramp İlon Maskı elmi nailiyyətlərinə görə mükafatlandırıb

Vitkoff və Kuşner Ukrayna nümayəndə heyəti ilə görüşəcəklər

Fransada məktəb etirazları zamanı 500-dən çox insan saxlanılıb

ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib

Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb

Alman rejissor: Biz Azərbaycanın özünəməxsus səsini və ruhunu musiqi vasitəsilə göstərmək istədik

Üzgüçülük və digər su idman növlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib

“Kosmik hava: kritik infrastruktur üçün təhlükələr və proqnozlaşdırma problemləri” – ustad dərsi

Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

Frankfurt sərgisi çərçivəsində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib

Fəxrim Quluzadə: Yeni nəsil memarlara akustik komfort prinsiplərini öyrətmək vacibdir

Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək

Böyük Britaniya məhkəməsi Endryunun evlərində aparılan axtarışları qanunsuz hesab edib

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır ŞƏRH

Cəbrayılda 2-ci mina partlayıb, bu gün yaralanmış şəxsin atası xəsarət alıb – YENİLƏNİB

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb

Fransada asayiş əməliyyatlarında xüsusi vasitələrdən istifadə edilməsi gündəmdədir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb

Naxçıvanda yeni investisiya layihələrinin reallaşdırılması imkanları müzakirə olunub

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

Qazaxıstanlı ekspert: TRIPP Naxçıvan vasitəsilə Orta Dəhlizin imkanlarını genişləndirəcək

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib

Ceyd Makkeyb: Qarabağda dağıntıların və bərpa-quruculuq işlərinin şahidi olduq

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Tramp administrasiyası “Microsoft”un xarici işçilər üçün “Green Card” müraciətlərini dayandırır

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Azərbaycan Milli İncəsənət Muzeyində “Əksetmə” adlı fotosərgi açılıb

Azərbaycanın Mərkəzi Asiya ilə yeni strateji xəritəsi - ŞƏRH

ADPU-da magistr dissertasiyalarının keyfiyyətinin artırılması prioritetlər sırasındadır

Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir

Şəmkirdə bazarda nöqsanlar aşkarlanıb

NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır -  REPORTAJ  VİDEO

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır - REPORTAJ VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci medalını qazanaraq tarixi rekorda imza atıb

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü: Rəsmi Bakı diqqət mərkəzində - TƏHLİL

Neft qiymətləri yenidən kəskin yüksəlib

Şahbuzda vətəndaşların kənd təsərrüfatı ilə bağlı müraciətləri dinlənilib, təsərrüfatlara baxış keçirilib

Xaçmazda qəhvəyi mərmər bağacığının qışlama dövrü ilə əlaqədar kompleks mübarizə tədbirləri görülür

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

AzTU-da Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin “LIFT UP” proqramı təqdim edilib

Maliyyə Monitorinq Xidmətinin hüquq-mühafizə orqanlarına göndərdiyi məlumatların sayı 30 faiz artıb

Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib

Leysan olacaq, dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

“Dəfn yerlərindən identifikasiyaya: Milli yanaşmalar və qabaqcıl təcrübələr” - Panel sessiya

İncəsənət məktəblərinə direktor və direktor müavini vəzifələri üzrə müsahibələrin vaxtı açıqlanıb

Maliyyə Monitorinq Xidmətinə 20 ölkənin xarici maliyyə kəşfiyyatı orqanından 32 sorğu daxil olub

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında inteqrasiya qeyri-neft ixracı və rəqəmsallaşma üzrə yeni mərhələyə keçir – ŞƏRH

Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL

“Akustik Qrup”un baş direktoru: Bakı müxtəlif regionlardan mütəxəssisləri bir araya gətirmək üçün əlverişli məkandır

Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

Fərid Bağırov: Gənclərin birgə yaradıcılığı inklüzivliyin gücünü göstərəcək

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi –  ŞƏRH  VİDEO

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi – ŞƏRH VİDEO

TÜRKPA-ya üzv dövlətlər arasında vahid informasiya məkanının yaradılması diqqət mərkəzində

Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni

Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində yeni müraciətlərin qəbuluna start verilib

ADAU-da 2026–2030-cu illər üzrə strateji inkişaf planına dair təlimlərə başlanılıb

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib

Gəncənin mədəni irsi gənclərin gözü ilə: Nizami Gəncəvinin 885 illik yubiley forumu

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Gəncə ilk dəfə voleybol festivalına ev sahibliyi edir

BMU tələbələrinə “4Sİ Akademiyası - Milli Proqram”ın imkanları barədə məlumat verilib

“Tərsinə irəliləyən zaman” inklüziv tamaşası qrant müsabiqəsinin qalibi olub

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq

Maliyyə Monitorinq Xidmətində qeydiyyatdan keçən öhdəlik daşıyan şəxslərin sayı 48,3 faiz artıb

Növbəti seminar - “Dilimiz milli-mədəni kimliyimizin təməlidir”

Azərbaycanda süni intellekt sahəsində hüquqi və institusional çərçivə formalaşdırılır

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Aqrar sahənin hüquqi bazası möhkəmlənir: sahibkarlar yeni qanun layihəsini necə qiymətləndirir?

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Düşənbədə “ŞƏT-in nəqliyyat və logistikası” beynəlxalq sərgisi keçiriləcək

Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq

Dünya Bankı ilə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları dəyərləndirilib

Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb

® “Yango Group”un biznesin inkişafı üzrə direktoru: Bu gün regionda 20 milyondan çox insan məhsullarımızdan istifadə edir

“Azərkosmos” peyk və 5G texnologiyalarının inteqrasiyası ilə bağlı vörkşop təşkil edib

“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb

“Zəfər yolçuları”: Qəhrəmanlıq dastanını gələcək nəsillərə daşıyan yeni nəşr

Azərbaycanda 150 kilovatdan yuxarı bərpaolunan enerji layihələrinin inkişafı üçün yeni layihəyə start verilib