"Keşlə" klubu üç yoxlama oyunu keçirəcək
Bakı, 23 iyul, AZƏRTAC
Şamaxıda təlim-məşq toplanışında olan Bakının “Keşlə” futbol klubu planlarını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, paytaxt təmsilçisi iyulun 24-də hazırlığı ikitərəfli oyunla başa vuracaq. Bundan sonra Tərlan Əhmədovun komandası Bakıya qayıdacaq və baş məşqçi futbolçuları iyulun 27-dək istirahətə buraxacaq. Mövsümün bürünc mükafatçısı toplanışın ikinci hissəsində 3 yoxlama görüşü keçirmək niyyətindədir. Komanda avqustun 1-də Qəbələdə "Zirə" ilə qarşılaşacaq. Digər iki qarşılaşma avqustun 3-də və 5-də olacaq.
Xatırladaq ki, "Keşlə" ilk yoxlama matçını Qəbələdə "Qarabağ"la keçirərək 1:3 hesabı ilə uduzub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2026 [12:14]
Azərbaycan paraatleti Tunis Qran-Prisində gümüş medal qazanıb
- 19.06.2026 [10:52]
Futbol üzrə dünya çempionatında yeni rekordlar qeydə alınıb
- 19.06.2026 [10:41]
“Səbail” yeni baş məşqçisini açıqlayıb
- 19.06.2026 [05:30]
Dünya çempionatı: Kanada Qətəri 6 cavabsız qolla məğlub edib
- 19.06.2026 [01:02]
Dünya çempionatı: İsveçrə Bosniya və Herseqovinanı məğlub edib
- 18.06.2026 [22:06]