"TuranBank" “eManat” terminalları vasitəsilə ödənişlərə start verib
Bakı, 1 iyul, AZƏRTAC
“TuranBank” və “Modenis” MMC-nin birgə layihəsi çərçivəsində bankın müştəriləri nağd və kart kreditləri üzrə ödənişlərini Azərbaycanın bir çox şəhər və qəsəbələrində yerləşdirilmiş və sayı 1200-ü keçən “eManat” terminalları vasitəsilə həyata keçirə bilərlər.
Bankdan AZƏRTAC-a bildiriblər ki, terminallar vasitəsilə kredit ödənişi sürətlə həyata keçirilir və istifadə qaydaları kifayət qədər sadədir. Müştərilər İD nömrəsini daxil edib ödənişlərini həftənin bütün günləri 24 saat ərzində həyata keçirə bilərlər. Ödənişlər üçün istifadəçilərdən komissiya haqqı tutulmur.
Bununla yanaşı, terminallar vasitəsilə bankın müştəriləri özlərinə məxsus debet kartlarının hesabına vəsait yatırmaq imkanı da qazanıblar. Bunun üçün onlar müştəri nömrəsini və "TuranBank"dan aldıqları debet kartın son dörd rəqəmini daxil etməlidirlər.
Qeyd edək ki, “eManat” ödəmə terminalı vətəndaşlara kommunal xidmət, mobil rabitə, telefon, internet, kabel televiziyası, bank və digər ödənişləri tez, rahat və etibarlı şəkildə ödəmək imkanı yaradır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]
Banklar yeddi ayda 655.3 milyon manat xalis mənfəət əldə ediblər
Bu saata olan əsas xəbərlər
- [12:00]
BDU-da yeni tədris ili başlayıb
- [08:40]
Naxçıvan Dövlət Kukla Teatrının 37-ci ildönümü qeyd olunub
- 14.09.2026 [23:41]
“Gənclərin səsi – gənclərə dəstək”: layihə uğurla davam edir
- 14.09.2026 [23:30]
Zaqatalada kənd təsərrüfatının inkişafına yeni layihələrlə töhfə verilir
- 14.09.2026 [23:12]
Ciddədə VI Həcc konfransı və sərgisi keçiriləcək
- 14.09.2026 [22:41]
Agentlik: Ödəniş və bank brendlərini təqlid edən fişinq şəbəkəsi aşkarlanıb
- 14.09.2026 [22:25]
Ər-Riyadda IV Beynəlxalq Dənizçilik Forumu keçiriləcək
- 14.09.2026 [22:02]
Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı başa çatıb
- 14.09.2026 [21:51]
Naxçıvanda yeni tədris ilində 49 min şagird təhsil alacaq
- 14.09.2026 [21:47]
Dünyaşöhrətli alim Zaqatalada müəllimlərlə görüşüb
- 14.09.2026 [21:25]