Abramoviçin dövründə “Çelsi” klubunun futbolçularına məvacib kimi təqribən 2,76 milyard funt sterlinq xərclənib
Bakı, 20 fevral, AZƏRTAC
1992-93-cü illər mövsümündə İngiltərə Premyer-Liqası təsis ediləndən bəri Londonun “Çelsi” futbol klubunun oyunçularına məvacib kimi 3 milyard funt sterlinqdən çox pul xərclənib.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, 2003-cü ildə rusiyalı biznesmen Roman Abramoviç bu klubu alandan bəri futbolçulara məvacib ödəmək üçün təqribən 2,76 milyard funt sterlinq xərclənib. “Çelsi” bu göstərici üzrə liderdir. İkinci yeri tutan “Mançester Yunayted” 1992-93-cü illər mövsümündən bəri öz oyunçularına məvacib kimi təqribən 2,6 milyard funt sterlinq xərcləyib.
Abramoviç “Çelsi”ni 2003-cü ildə 140 milyon funt sterlinqə almışdı. Bu müddətdə “Çelsi” beş dəfə İngiltərə çempionu olub, Çempionlar Liqasında ilk dəfə qalib gəlib. Bundan əlavə, klub həmin müddətdə beş dəfə İngiltərə Kubokunun, üç dəfə Liqa Kubokunun, iki dəfə İngiltərə Superkubokunun sahibi olub.
İngiltərə Çempionatının cari mövsümündə 26 oyundan sonra 50 xal toplamış “Çelsi” turnir cədvəlində altıncı yeri tutur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [20:34]
Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim
- 10.10.2026 [19:28]
Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir
- 10.10.2026 [19:05]
Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik
- 10.10.2026 [18:57]
Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO
- 10.10.2026 [18:53]
Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb
- 10.10.2026 [18:46]