ABŞ-DA 24 CIDIR ATI DİRİ-DİRİ YANMIŞDIR
AZƏRTAC Assoşieyted Press Agentliyinə istinadla xəbər verir ki, ABŞ-ın Nyu-Cersi ştatında cıdır atları yetişdirilməsi sahəsində ixtisaslaşmış iri fermalardan birində yanğın olmuşdur. Nəticədə 24 cıdır atı diri-diri yanmışdır.
Yerli polis bildirmişdir ki, fermanın yanmasına elektrik xəttində qısa qapanma səbəb olmuşdur.
Alov taxtadan tikilmiş və içərisində çoxlu küləş-saman olan tövləni bir anda bürümüşdür.
Fermanın marketinq direktoru bildirmişdir ki, yanan atların ümumi qiyməti təxminən 1 milyon 200 min dollardır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [18:35]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [14:15]