ABŞ hökuməti işini qismən dayandırıb
Bakı, 22 dekabr, AZƏRTAC
Meksika ilə sərhəddə səddin tikintisinə vəsait ayrılmasına dair Senatda demokratlarla respublikaçılar arasında razılıq əldə edilməməsi ölkədə növbəti büdcə böhranı ilə nəticələnib. Beləliklə də ABŞ federal müəssisələrinin bir qismi maliyyələşmə olmaması səbəbindən işini qismən dayandırıb.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, hökumət orqanlarının fəaliyyətinin dayandırılması rəsmən yerli vaxtla gecəyarısı başlayıb.
Respublikaçılar müvəqqəti büdcəni Donald Trampın tələb etdiyi 5 milyard dollarsız qəbul etmək təklifini irəli sürüblər. Prezident əvvəlcə bildirib ki, belə bir variantla razılaşa bilər. Lakin sonradan sərt mövqe tutaraq büdcəni imzalamayacağını bəyan edib.
ABŞ qanunvericiliyinə əsasən, Konqres və ya prezident nazirliklərin maliyyəsi barədə qanun layihəsini qəbul etmədikdə hökumətin işi dayandırılır. Əgər yaxın vaxtlarda qanun layihəsi qəbul olunmasa, bu, Daxili Təhlükəsizlik, Nəqliyyat, Kənd Təsərrüfatı, Ədliyyə nazirliklərinin, həmçinin Dövlət Departamentinin və onlarla digər büdcə təşkilatının fəaliyyətinə mənfi təsir göstərəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]
Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək
- 15.06.2026 [14:29]
Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir
- 15.06.2026 [12:21]
Myanma Prezidentinin Çinə səfəri başlayıb
- 15.06.2026 [12:03]
Çin eyni raketlə orbitə 8 peyk çıxarıb VİDEO
- 15.06.2026 [12:02]
Höteborqda son on ildə evsizlərin sayı təxminən iki dəfə azalıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [21:52]
Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib
- 14.06.2026 [21:40]