ABŞ-IN İRAQDAKI HƏRBİ KOMANDANLIĞININ TƏKLİFİ
ABŞ-ın İraqdakı hərbi komandanlığı bildirmişdir ki, Amerika əsgərlərinə və ya yerli polisin nümayəndələrinə hücum, yaxud sui-qəsd hazırlandığı barədə komandanlığa vaxtında xəbər verən hər bir kəsə 2,5 min dollar mükafat verəcəkdir. AZƏRTAC Türkiyənin İHA informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ hərbçiləri bu məqsədlə telefon nömrələrini bildirmiş və tam məxfiliyi təmin edirlər. Bundan əvvəl ABŞ elan etmişdi ki, İraqın devrilmiş prezidenti Səddam Hüseynin gizləndiyi yeri göstərən adama 25 milyon dollar, onun oğulları Udey və Kuseyin tutulmasına köməyə görə 15 milyon dollar ödəməyə hazırdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.08.2026 [16:33]
Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri
- 09.08.2026 [14:45]
Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur
- 08.08.2026 [23:48]
Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir
- 08.08.2026 [21:54]