ABŞ-nin İran yük gəmisinə endirdiyi zərbə nəticəsində beş dənizçi itkin düşüb
Bakı, 8 may, AZƏRTAC
İran rəsmisinin sözlərinə görə, cümə axşamı günü ABŞ-nin Hörmüz boğazı və Oman körfəzi yaxınlığında İran yük gəmisinə endirdiyi zərbə nəticəsində beş dənizçi itkin düşüb, 10 nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, İranın “Mehr” informasiya agentliyinin məlumatına görə, İranın cənubundakı Minab vilayətinin qubernatoru Məhəmməd Radmehr Kolahi rayonunun sakinlərinə məxsus mülki yük gəmisinin strateji su yolu yaxınlığında ABŞ ordusu tərəfindən vurulduğunu bildirib. O əlavə edib ki, zərbədən sonra gəmidə yanğın baş verib. Qubernator hadisə zamanı gəmidə 15 dənizçinin olduğu bildirib və əlavə edib: “Yaralı dənizçilər xəstəxanaya köçürülüb, yerli qruplar və xilasetmə dəstələri qalan dənizçilərin axtarışını davam etdirir.
Hadisə İran mediasının ABŞ dəniz qüvvələrinin Vaşinqtonun Hörmüz boğazında İslam İnqilabı Keşikçiləri Korpusunun raket qayıqları adlandırdığı gəmiləri hədəf alması barədə xəbərlərindən bir neçə gün sonra baş verib. İran mediası daha sonra gəmilərin mülki balıqçı və yük gəmiləri olduğunu iddia edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]
Misirdə müxtəlif dövrlərə aid qədim məzarlar aşkarlanıb
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
Hörmüz boğazında gəmi vurulub
- [14:13]
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]