ABŞ Ticarət Məhkəməsi Donald Trampa idxal rüsumlarının tətbiqini qadağan edib
Bakı, 29 may, AZƏRTAC
ABŞ Beynəlxalq Ticarət Məhkəməsi Prezident Donald Trampın fövqəladə hallar qanunu çərçivəsində geniş idxal rüsumlarının tətbiqini qadağan edib.
AZƏRTAC xəbər verir ki, müvafiq qərar Donald Trampın geniş idxal rüsumlarının tətbiqi ilə bağlı səlahiyyətlərini aşması barədə bir sıra məhkəmə proseslərindən sonra verilib.
Üç hakimdən ibarət kollegiya Kanada, Meksika və Çindən idxal olunan mallara fentanil tariflərin, eləcə də dünya ölkələrindən gətirilən məhsullara rüsumların tətbiqi ilə bağlı aprelin 2-də elan edilmiş administrativ göstərişlərin birdəfəlik ləğvi barədə qərar qəbul edib.
“Dünya miqyasında cavab tarifləri barədə göstərişlər idxalın tariflər vasitəsilə tənzimlənməsi üçün Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər barədə Qanunun (IEEPA) prezidentə verdiyi bütün səlahiyyətləri üstələyir. Qaçaqmalçılığa cavab olaraq tətbiq edilən tariflər sərəncamlarda qeyd olunan təhdidləri aradan qaldırmadığı üçün işləmir”, - deyə qərarda bildirilir.
“Seçilməmiş hakimlər ölkədə fövqəladə vəziyyətlərə hansı reaksiyanın düzgünlüyü barədə qərarı verməməlidir. Prezident Donald Tramp ABŞ-ı ilk yerə çıxarmağı vəd edib. Ağ ev böhranın həlli və ölkənin əzəmətini geri qaytarmaq üçün icra hakimiyyətinin bütün qollarından istifadə etmək niyyətindədir”, - deyə Donald Tramp administrasiyasının nümayəndəsi Kuş Desay vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [19:35]
Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb
- 07.06.2026 [18:40]
Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər
- 07.06.2026 [18:05]
ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq
- 07.06.2026 [15:01]
Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]