DÜNYA
ABŞ Ukrayna münaqişəsinin ilin sonunadək nizamlanacağına şübhə ilə yanaşır
![ABŞ Ukrayna münaqişəsinin ilin sonunadək nizamlanacağına şübhə ilə yanaşır](/files/2022/2/1200x630/16565975506021917895_1200x630.jpg)
Bakı, 30 iyun, AZƏRTAC
Vaşinqton Ukrayna münaqişəsinin ilin sonuna qədər yekunlaşacağına şübhə ilə yanaşır.
AZƏRTAC Bloomberg agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbi NATO-nun Madriddə keçirilən sammiti zamanı deyib.
“Bu səbəbdən biz əksər dünya ölkələri ilə birlikdə Ukraynaya yardımı davam etdirəcəyik”, - deyə Con Kirbi bildirib.
Sammitdən öncə NATO-nun Baş katibi Yens Stoltenberq blokun şərq cinahındakı hərbi birləşməsinin sayının 300 min nəfərədək artırılacağını bəyan edib. Jurnalistlərin bununla bağlı suallarını cavablandıran Con Kirbi NATO-nun şərq cinahında hərbi kontingentin sayındakı dəyişikliyi təxribat hesab etmək üçün Rusiyanın heç bir əsasının olmadığını vurğulayıb.
“Biz bu addımları atmağa məcburuq, çünki Rusiya regionda sabitliyi pozur”, - deyə ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi əlavə edib.